İnsanlara hürriyət, millətlərə istiqlal!

"Whatsapp" yenə çökdü - YENİLƏNİB

1170 20.07.2023 00:40 Son xəbər A A

Azərbaycanda vatsap tətbiqinin işində problem qismən aradan qalxıb.

“Report” xəbər verir ki, tətbiqin işindəki nöqsanlar qismən azalıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:15-də Azərbaycanda və bir sıra ölkələrdə vatsap messencer tətbiqində da problem yaranmışdı. Problemin qlobal xarakter daşıdığı bildirilirdi. Tətbiqin fəaliyyətində problemlər müşahidə edilirdi.

Öz növbəsində dünyanın məşhur sosial şəbəkələrini, messencer tətbiqlərinin fəaliyyətini izləyən “Downdetector” xidməti də vatsap messencer tətbiqinin fəaliyyətində problemlərin yarandığını bildirib.

ABŞ, Rumıniya, Qətər, Meksika, Kanada, Belçika, Salvador, İsveçrə, İtaliya, İsveç və digər ölkələrdən olan istifadəçilər messencer tətbiqinin fəaliyyətindən şikayət ediblər.

Qeyd edək ki, vatsap messencer tətbiqi 2009-cu ildə ABŞ-da yaradılıb. Tətbiq Amerika Birləşmiş Ştatlarının texnoloji konqlomeratı “Meta Platforms”a məxsus pulsuz proqram təminatı, çarpaz platforma, mərkəzləşdirilmiş ani mesajlaşma və IP üzərindən səsli xidmətdir.

***

Azərbaycanda və bir sıra ölkələrdə vatsap messencer tətbiqində da problem yaranıb.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkə, habelə messencer tətbiqinin istifadəçiləri bildiriblər. Problemin qlobal xarakter daşıdığı bildirilir. Qeyd edilir ki, artıq bir neçə dəqiqədir, tətbiqin fəaliyyətində problemlər müşahidə edilir.

Öz növbəsində dünyanın məşhur sosial şəbəkələrini, messencer tətbiqlərinin fəaliyyətini izləyən “Downdetector” xidməti də vatsap messencer tətbiqinin fəaliyyətində problemlərin yarandığını bildirib.

ABŞ, Rumıniya, Qətər, Meksika, Kanada, Belçika, Salvador, İsveçrə, İtaliya, İsveç və digər ölkələrdən olan istifadəçilər messencer tətbiqinin fəaliyyətindən şikayət ediblər.

Qeyd edək ki, vatsap messencer tətbiqi 2009-cu ildə ABŞ-da yaradılıb. Tətbiq Amerika Birləşmiş Ştatlarının texnoloji konqlomeratı “Meta Platforms”a məxsus pulsuz proqram təminatı, çarpaz platforma, mərkəzləşdirilmiş ani mesajlaşma və IP üzərindən səsli xidmətdir.

O, istifadəçilərə mətn, səsli və video mesajlar göndərmək, səsli və video zənglər etmək, şəkillər, sənədlər, istifadəçi yerləri və digər məzmunu paylaşmaq imkanı verir.

Xatırladaq ki, messencer tətbiqinin, eləcə də sosial şəbəkələrin fəaliyyətində son nasazlıq iyunun ortalarında yaranıb. İyunun 15-16-da dünyanın bir sıra ölkələrində sosial şəbəkələrin fəaliyyətində problemlər müşahidə olunub. Feysbuk, instaqram, vatsapın işindəki nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya və Kanadada sosial şəbəkə istifadəçiləri şikayət ediblər. Vhatsap messencerində istifadəçilər ismarış göndərmə (63%) və tətbiqdəki (27%) problemlərdən şikayətləniblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR