İnsanlara hürriyət, millətlərə istiqlal!

“Whatsapp”dan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYA

2332 22.07.2022 08:54 Texnologiya A A


“WhatsApp” istifadəçiləri Android əməliyyat sistemi ilə təchiz edilmiş cihazdan iOS bazasında çalışan cihaza keçərkən messencer məlumatlarını ötürə biləcəklər.

Musavat.com Techno-ya istinadən xəbər verir ki, ötən il belə bir xüsusiyyət “Samsung” istifadəçiləri üçün tətbiq olunub.

Yenilik hesab məlumatlarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları və parametrləri ötürməyə imkan verir.

Bununla belə, zəng tarixçəsi və hesabın görünən adının ötürülməsi mümkün deyil.

Qeyd olunur ki, ötürmə funksiyasından yararlanmaq üçün istifadəçinin ən azı Android 5.0 və iOS 15.5 versiya ilə işləyən smartfonu olmalıdır.

Bundan əlavə, hər iki cihaz eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR