İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Qurbanov: “2000-dən çox personal təlimlərə cəlb edilib”

754 20.12.2022 11:07 Səhiyyə A A

“Məqsədimiz odur ki, yalnız yerli pasiyentlərə deyil, xarici pasiyentlərə də xidmət edək”.

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, hazırda ölkə xaricindən Azərbaycanın tibb müəssisələrinə müraciət edənlərin sayı azdır:

“Tibb müəssisələrinin rəhbərlərindən istədiyimiz odur ki, həkimləri, tibb personalını xaricdə təlimlərə göndərsinlər. Məqsədimiz odur ki, həkimlərimiz yalnız ölkədə deyil, xaricdə də tanınsın. Bu istiqamətdə əlimizdən gələn köməyi edəcəyik” .

İcraçı direktor onu da əlavə edib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 min 125 nəfərdir: “Onların 16 min 381 nəfəri həkim, 38 min 949 nəfəri orta tibb işçisi, 22 min 608 nəfəri kiçik tibb işçisidir. 2022-ci ildə 12 min 440 işçi işə qəbul olunub. Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000-dən çox personal təlimlərə cəlb edilib”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR