İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov: “İxracatın 33 faizi Rusiyaya, 24 faizi isə Türkiyəyə yönəlib”  

517 01.02.2024 13:07 İqtisadiyyat A A

 

Deputat Vüqar Bayramov Milli Məclisdəki çıxışında qida təhlükəsizliyindən bəhs etdi.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, qida təhlükəsizliyi standartların beynəlxalq meyarlara uyğunlaşdırılmasına ehtiyac var:

“Bu, həmçinin qeyri-neft ixracatının şaxələndirilməsi baxımdan da vacibdir. Azərbaycanın illik 3,2 milyard dollarlıq qeyri-neft ixracatının 57 faizindən çoxu iki ölkənin payına düşür. İxracatın 33 faizi Rusiyaya, 24 faizi isə Türkiyəyə yönəlib”. Deputat qeyd etdi ki, bunun əsas səbəblərdən biri də məhz sahibkarlarının çoxunun hələ də beynəlxalq qida təhlükəsizliyi standartların tətbiq edilməməsidir:

“Qeyri-neft məhsullarımızın Körfəz və Avropa İttifaqına daxil olması ilə ixrac bazarlarının şaxələndirilməsi və ölkəyə daha çox valyutanın daxil olması mümkündür. İxrac bazarlarından asılılığın minimumlaşdırılmasına ehtiyac var. Bu isə müasir qida təhlükəsizliyi standartların tətbiqini tələb edir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR