İnsanlara hürriyət, millətlərə istiqlal!

"Volt"dan SON DƏQİQƏ AÇIQLAMASI: İşləyirik! - YENİLƏNİB

1541 15.08.2023 18:58 Gündəm A A

"Volt" AQTA-nı məhkəmədə uddu, fəaliyyətinə davam edir".

Musavat.com xəbər verir ki, bu sözləri tanınmış İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkədə yazıb.

"Dünən dediyim və gözlədiyim kimi "Volt" rəsmi açıqlama verdi. Tətbiq Azərbaycanda fəaliyyətinə davam edir. Açıqlayıblar ki, AQTA-nı məhkəmədə udublar. AQTA-nın yaydığı məlumatı da yalan adlandırıblar", - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ötən gün məlumat yayaraq, şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edildiyini bildirmişdi. Qeyd olunurdu ki, "Volt Azərbaycan" MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.

Xalidə Gəray
Musavat.com

***

"Volt Azərbaycan" MMC fəaliyyətinin dayandırılması ilə bağlı ötən gün yayılmış xəbərə dair açıqlama ilə çıxış edib.

Açıqlamada deyilir ki, şirkət fəaliyyətini davam etdirir, onun mobil tətbiqi aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər.

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) irəli sürdüyü iddialara gəldikdə isə, "Volt" öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib.

"Volt Azərbaycan"ın pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüf olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib", - deyə açıqlamada qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR