İnsanlara hürriyət, millətlərə istiqlal!

VMA-nın ümumi yığıncağı keçirildi, təhsildəki problemlərdən danışıldı

802 15.05.2023 14:55 Təhsil A A

 

Sahil Baku Hoteldə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin 16-cı Ümumi Yığıncağı keçirilib.

Musavat.com xəbər verir ki, yığıncaqda qonaqlardan millət vəkili Ceyhun Məmmədov, AMEA -nın Riyaziyyat və Mexanika İnstititunun direktoru, professor Misir Mərdanov, tibb elmləri doktoru, professor, Südeyf İmamverdiyev, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Xanlar Xanlarzadə, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Nurlana Qaraxanova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, təhsil ekspertləri Nadir İsrafilov, Məhəmməd Bayramlı, Nisə Cəlilzadə, Nabatəli Qulamoglu, pedaqoji elmlər doktoru Zəhra Muradova, əməkdar müəllim Almaz Həsrət, 67, 182, 100, 179, 59, 239, Ceyranbatan 1 saylı tam orta məktəblərin, S.C.Pişəvəri adına Gimnaziya, “Zəngi” liseyi, Heydər Əliyev adına liseyin Valideyn-Müəllim icmaları, məktəb direktorları, dünya azərbaycanlılarının nümayəndələri Mehriban Paşayeva, Finlandiyadan gələn soydaşımız, İsmayıllı, Astara, İmişli və s rayonlardan müəssisə rəhbərləri, Az.TV və media nümayəndələri, jurnalistlər, xəbər agentliklərinin rəhbərləri, təhsil iştirakçıları iştirak ediblər. Natiqlər təhsildə olan problemlərlə bağlı ictimai çağırışlar edib. AVMA İB-nın 2 illik fəaliyyəti ilə bağlı video çarx nümayiş etdirilib, birliyin fəaliyyəti yüksək qiymətləndirilib.

Birliyin fəaliyyətində fərqlənən təhsil iştirakçıları təltiflənmiş, birliyin “Təhsil fədaisi”, Nümunəvi İdarəedici ordenləri, “Nümunəvi icma rəhbəri” və AVMA medalları, birliyin yeni saytı təqdim olunub. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı iştirakçılara xatirə hədiyyələri paylanılıb, ona həsr edilən ifalar dinlənilib. İlin AVMA İB İdarə Heyətinin tərkibi təsdiq edilib, birliyin rəhbəri yenidən yekdilliklə Şahin Rəcəb seçilib.
Ümumi yığıncaq öz işini AVMA təqaüdçüsü Mehdi Həsənovun və 67 saylı məktəbin özfəaliyyətinin çıxışları ilə bitirib.

Musavat.com

346652895_959964941698575_7679184057391082181_n.jpg (298 KB)

346948974_3542160292714232_7133347505167080183_n.jpg (32 KB)

346277824_958558768662874_5539335946540970874_n.jpg (168 KB)

346867966_6085500678245611_5006921440935291676_n.jpg (162 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR