İnsanlara hürriyət, millətlərə istiqlal!

“Prezidentliyə namizədlər bu “musiqili şou”nun baş rol ifaçılarıdır, Bayden isə...” - İLGİNC ŞƏRH

358 23.07.2024 18:22 Siyasət A A

“Azərbaycan ictimaiyyəti Cozef Baydeni ABŞ prezidenti olmadan əvvəl 1992-ci ildən “907 saylı düzəliş”lə bağlı sənədin qəbulundan tanıyır. O, bu sənədin hazırlanmasında xüsusi fəallıq göstərib. Prezident kimi isə Cozef Bayden “erməni soyqırımı” deməklə bu etnosun saxtakarlığına şərik olmaqla da yadda qalıb”.

Bu fikirləri Musavat.com-a Orta Doğu Araşdırmaları Mərkəzinin sədri Sədrəddin Soltan bildirib.

SEDREDDİN.jpg (76 KB)

O əlavə edib ki, 2020-ci ildə prezident seçiləndən sonra Cozef Bayden qeyri-dəqiq siyasi çıxışları, yanlış ifadələri, əzilməsi, büdrəməsi, dövlət başçılarının, dövlətlərin adlarını qarışıq salması kimi hallarla yadda qalıb:

“Odur ki, insanlar ABŞ prezidentinin çıxışlarındakı siyasi hədəflərdən daha çox yanlışlıqları barədə fikir söyləyirlər. ABŞ cəmiyyətinin “dərin depressiyaya” düşməsi ehtimalı Baydenin hələ onda cavan oğlunu itirdiyi üçün güclü sarsıntı keçirməsi ilə əlaqələndirilir. Ona görə də onun davranışında anormal hərəkətlər müşahidə edilir. Ötən ilin yayında o, Helsinkidə hava limanında qız uşağını dişləməyə səy göstərmişdi. Bu hadisədən sonra Donald Tramp bildirmişidi ki, Bayden azad dünyanı idarə etməməli, qocalar evinə yerləşdirilməlidir.

Bu ilin aprelində isə o bildirib ki, İkinci Dünya müharibəsi zamanı dayısının göyərtəsində olduğu təyyarə Yeni Qvineyada qəzaya uğramışdı: “Orada hanniballar olduğu üçün dayımın meyitini tapa bilmədik”. Ancaq hərbi mənbələrin informasiyası Baydenin iddiasından çox fərqlənir. Bildirilib ki, 1944-cü il mayın 14-də Yeni Qvineyaya təyyarə uçub, bu, kuryer reysi imiş. Təyyarənin göyərtəsində üç ekipaj üzvü və bir sərnişin, Baydenin dayısı olub. Bu il iyulun 11-də NATO-nun zirvə toplantısının bağlanış mərasimində Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya lideri Vladimir Putinlə dəyişik salıb: “Xanımlar və cənablar, Prezident Putin!” Bir neçə saniyə sonra yanlışlıq etdiyini bilib, səhvini düzəltməyə çalışıb: “Biz prezident Putinə qalib gəlmək üçün toplaşmışıq. Prezident Zelenski!” Bu hadisədən əvvəl isə o, Donald Trampla vitse-prezident Kamala Harrisi dəyişik salıb. Bayden Ukrayna ilə Uran planetini dəyişik salaraq deyib: “Putin Uranın mədəniyyətini məhv edir”. Sonra səhvini düzəldib.

Bu kimi faktlar Prezident Cozef Baydenin ABŞ kimi dövləti daha 4 il idarə etməyə gücünün çatmayacağını təsdiqləyir. Ona görə də iyulun 21-də o, ikinci müddətə namizədlikdən geri çəkilib. Bunu ştatların siyasəti üçün gözlənilməz sayırlar. Ancaq Demokratlar Partiyası daxilində onun namizəd olmasına qarşı çıxanların olduğunu nəzərə alsaq, bu, o qədər də gözlənilməz sayılmır. Partiya Baydenlə mübarizəni davam etdirməyi şəninə sıxışdırmayıb. Çünki Donald Trampa sui-qəsd cəhdi Respublikaçı namizədin prezident olma şansını artırıb. Bu baxımdan onlar Baydenin Kamala Harrislə əvəzlənməsinə üstünlük verib. Ümumiyyətlə isə ABŞ-nin seçki qaydaları tamam fərqlidir. Bu, həm də böyük siyasi şoudur. Çünki prezidentliyə namizədlər də bu “musiqili şou”nun baş rol ifaçılarıdır. Bayden isə bu yarışı tez tərk etdi”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR