İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spiker Adil Əliyev Qahirədə Ərəb Parlamentinin sədri ilə görüşüb - FOTO

353 10.06.2023 13:07 Siyasət A A

Milli Məclisin sədr müavini Adil Əliyev Qahirədə Ərəb Parlamentinin sədri cənab Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

Musavat.com xəbər verir ki, görüş zamanı vitse-spiker Adil Əliyev bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və bu məqsədlə də ölkə daxilində və xaricdə müxtəlif mədəni-kütləvi tədbirlər, yarışlar keçirilməsini bildirmişdir. Məhz Misir Ərəb Respublikasına da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq kikboksinq yarışında iştirak etmək üçün səfər etməsini bildirib. Müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini və dövlətçilliyini xilas etməsini bildirən sədr müavini, ölkəmizin bu gün Heydər Əliyev siyasətinə və ideyalarına sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını davam etdirməsini diqqətə çatdırıb.

Bu gün ölkəmizin bütün dövlətlərlə eləcə də ərəb ölkələri ilə əlaqələrin qurulmasında və genişləndirilməsində maraqlı olmasını bildirən sədr müavini istər ikitərəfli, istərsə də beynəlxalq parlament təşkilatlarında Azərbaycan ərəb ölkələri ilə əlaqələrinin inkişafına xüsusi önəm verməsini diqqətə çatdırıb. Vitse-spiker Adil Əliyev ərəb ölkələrinin Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə, 44 günlük Vətən müharibəsi və ölkəmizin qazandığı tarixi Zəfərdən sonra da hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini bildirib. Ermənistanın təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul olunmuş çoxsaylı qətnamələrin olduqca vacib olmasını diqqətə çatdırıb. Ermənistan 30 illik işğal dövründə Qarabağda yerləşən 67 məsciddən 65-ni dağıtmasəmə, məscidlərə, ibadətgahlara və ziyarətgahlara qarşı vandallıq aktları təkcə Azərbaycan xalqına qarşı deyil, eləcə də bütün müsəlmanlara qarşı mənəvi terror olmasını qeyd edib. Daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı abadlıq və quruculuq işləri barədə məlumat verib.

d5a7d720-a6d4-4816-b716-acf38e9e612d.jpg (188 KB)

Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini və bu əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirmişdir. Eləcə də, bu ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Milli Məclisin xüsusi iclasında dünyanın müxtəlif ölkələrindən olan parlament sədrləri ilə bərabər ölkəmizə səfərini və xüsusi sesiyada çıxışını xatırlamışdır. Səfər zamanı Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdüyünü və belə görüşlərin münasibətlərin inkişafına xüsusi təkan verməsini bildirmişdir.

Görüşdə ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Elxan Poluxov iştirak edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR