İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spiker Adil Əliyev növbəti vətəndaş qəbulu keçirib

488 06.03.2024 14:28 Ölkə A A

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq, 6 mart tarixində Milli Məclisdə şəhid ailələrinin, qazilərin, habelə müraciət edən vətəndaşların növbəti dəfə qəbulunu keçirib. Vətəndaşlar tərəfindən qəbul zamanı qaldırdılmış sosial, humanitar, təhsil kimi müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub.

Musavat.com xəbər verir ki, digər müraciətlərin həlli məqsədilə sədr müavini Adil Əliyev tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə məktublar göndərilib, vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilib. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri vitse-spiker tərəfindən nəzarətə götürülərək, həlli istiqamətində müvafiq addımlar atılır.

Habelə, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, sədr müavininin ünvanına daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılır və qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR