İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitse-spiker Adil Əliyev Forumda çıxış edib FOTO VİDEO

571 30.11.2023 15:40 Siyasət A A

Milli Məclisin sədr müavini Adil Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Parlamentlərarası Əməkdaşlıq üzrə İkinci Qlobal Forumda iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə səfərdədir.

Musavat.com xəbər verir ki, forumun bu gün təşkil edilmiş iclasında çıxış edən vitse-spiker Adil Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində ölkəmizin atdığı uğurlu addımları qeyd edərək, Azərbaycanın beynəlxalq təşəbbüslərin səbəbkarı kimi tanınmasını Forum iştirakçılarının diqqətinə çatdırıb.

Dayanıqlı İnkişafa nail olmaq məqsədilə aparılan səmərəli işlərin, 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla geniş vüsət almasını diqqətə çatdıran vitse-spiker, ölkəmizdə bu sahədə bu günə qədər görülmüş işlərdən bəhs etmiş, Azərbaycanın bu sahədə qarşıya qoyduğu növbəti hədəfləri diqqətə çatdırmışdır. Sədr müavini çıxışında sabitliyin vacibliyinə diqqət çəkərək, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışındakı demokratik və multikultural cəmiyyətin yaradılmasının vacibliyi məsələsini Forum iştirakçılarının diqqətinə çatdıraq, bu təşəbbüsün beynəlxalq aləmdə Dayanıqlı İnkişafa nail olunmasında xüsusi töhfə verməsini qeyd edib. Dayanıqlı İnkişaf məqsədlərinə nail olunmasında hüquqi bazanın yaradılması məqsədilə qanunverici hakimiyyətinin rolunun  vacibliyini qeyd edilərək, bu sahədə qarşılıqlı təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyindən bəhs edərək, bu əməkdaşlığın parlamentlərarası münasibətləri daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Forum öz işini davam etdirir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR