İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktorina Sinna: Ümid edirik ki, Fransanın ölkələrimizdə törətdiyi cinayətlər tanınacaq

401 21.11.2023 16:43 Dünya A A

"Fransa elə bir dövlətdir ki, hər zaman söz oyunu oynayır. Çünki sözün dəyərini, nə kimi önəmi olduğunu yaxşı bilir və hər zaman öz maraqlarından çıxış edir".

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Qvadelupenin Beynəlxalq Reparasiya Hərəkatının Birinci vitse-prezidenti Viktorina Sinna noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Fransa qardaşlıqdan, bərabərlikdən, azadlıqdan danışır, amma bilinmir bu qardaşlıq, azadlıq, bərabərlik kim üçün nəzərdə tutulur?

"Tarixə baxsaq görərik ki, xalqlarımız hər zaman ayrı-seçkiliyə məruz qalıb. Qardaşlıqdan danışır, amma kütləvi şəkildə qardaşlarımızı qırıb, Afrika ölkələrini istismar ediblər. Biz təkcə quldarlığın qurbanı deyilik. Quldarlıq hər yerdə olub. Amma biz əsasən, deportasiyanın qurbanı olmuşuq. Ərazimizi, insanlarımızı, milli mənsubiyyətimizi, müstəqilliyimizi, inanclarımızı, ruhumuzu itirmişdik. Hər şeyimiz oğurlanmışdı. Biz böyük çətinliklərlə üzləşmişdik. İndi bu zənciri qırmağın yollarını axtarırıq. Ümid edirik ki, Fransanın ölkələrimizdə törətdiyi cinayətlər tanınacaq. Hər zaman deyirik ki, buna cavab verməlidirlər. Ayrı-seçkilik istəmirik. Elə bir cəmiyyət istəyirik ki, mənsubiyyətimizi qoruya bilək. Biz azadlığı istəməməli, özümüz qoparıb almalıyıq", - o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR