İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçısının əməliyyatı üçün TƏCİLİ kömək lazımdır - FOTO

1187 25.07.2023 11:17 Sosial A A

Vətən müharibəsi iştirakçısı Fərid Kərimli təcili əməliyyat olunmalıdır.

F.Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, 2022-ci ilin oktyabr ayında xidmətdə olarkən kəskin ağrıları başlayıb və hərbi hospitala təxliyə olunub.

Müayinə zamanı ona kəskin leykoz (leykemiya) diaqnozu qoyulub: "Təcili ilik köçürülməlidir. Əməliyyat Türkiyənin Gülhanə xəstəxanasında edilə bilər, lakin donoru özüm tapmalıyam. Əgər donor tapılsa, dövlət xərci öz üzərinə götürə bilər. Qardaşımdan nümunə götürüldü, lakin uyğun gəlmədi. Başqa qanla uyğunlaşdırma da bahalı prosedurdur. Bakıda qanın qarşılaşdırılması təxminən 1000 manata başa gəlir. Həkimlərin dediyinə görə, Türkiyədə donor tapılması daha asandır, lakin bu müddətdə özəl xəstəxanada yatmaq lazımdır. Əgər tələb olunan vəsait qısa müddətdə yığılsa, Türkiyəyə yola düşə bilərəm. Əməliyyat üçün 80 min dollar (136 min AZN) lazımdır və vaxt çox azdır".

Qeyd edək ki, Kərimli Fərid Vüqar oğlu 26.11.1996-ci ildə Qazax rayon Bala Çaylı kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Ordusunda MAXE kimi xidmətə başlayıb. Vətən müharibəsində iştirak edib, Füzuli və Xocavənd istiqamətində döyüşüb. Müharibədən sonra Kəlbəcərdə xidmətə davam edib.

Yardım etmək istəyənlər aşağıda qeyd olunan bank hesabına köçürmə edə bilərlər:

Əlaqə nömrəsi: 050 361 50 52

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR