İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətən müharibəsi iştirakçılarına “PsixoYardım” layihəsi keçilib VİDEO

587 12.05.2023 16:16 Sosial A A

Vətən müharibəsi bitdikdən sonra müharibə iştirakçılarına psixoloji dəstək göstərilməsi, cəmiyyətin bu yöndə maarifləndirilməsi ölkəmizin aktual məsələlərindən biridir. Yəni qazilərin cəmiyyətə yenidən adaptasiya olunması eyni zamanda digər insanların onlara qarşı düzgün münasibətinin formalaşdırılması üçün dövlət proqramları ilə yanaşı qeyri-hökumət təşkilatları da işlər görürlər.

“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin “Psixoyardım” layihəsi də bu sıraya daxildir.

Öncədən qeyd edək ki, layihənin icrasına cəlb olunmuş təlimçilər Vətən müharibəsi dövründə qazilərin indi post-travmatik stress pozuntusu kimi özünü göstərən simptomlarının o zaman “şok” kimi üzə çıxmasının əyani şahidləri olublar. Onlar qazilərə ilkin psixoloji yardım göstərən psixoloqlar qrupunda fəaliyyət göstəriblər.

Psixoloq Kamil Həmidovun layihə rəhbərliyi altında təlimçilər Turan Balaşzadə, Fidan Abdullayeva, Mələk Seyidova “Psixoyardım” çərçivəsində 3 bölgədə, Gəncə və Lənkəran şəhərlərində, Quba rayonunda 2 istiqamətli təlimlər keçiriblər.

İlk istiqamət olan “Yardım edənlərə bacarıq və vərdişlərin aşılanması” təlimində təlimçilər qazilərlə daha çox təmasda olan dövlət qurumlarının əməkdaşlarına ilkin psixoloji yardımvermə barədə danışıblar və onları Psixi Sağlamlıqda Psixo-Sosial dəstəkdən (MHPSS) istifadə etmək üçün müvafiq proqramla tanış ediblər.

İkinci istiqamət olan “Özünə yardım bacarıq və vərdişlərinin aşılanması”nda isə təlimçilər müharibədə iştirak etmiş insanlara ilkin dəstək kimi özlərinin psixoloji problemlərin öhdəsindən gəlmələri məqsədilə onlara bacarıqlar aşılamağın yollarını öyrədiblər.

ABŞ-nin nüfuzlu Berkley Universitetinin doktoru Dr. Kristin Neffin müəllifi olduğu beynəlxalq "Özünə-şəfqət" təlimi ölkəmizdə ilk dəfədir “Psixoyardım” layihəsi çərçivəsində qazilərimizə qrup şəklində keçirilib.

Hər iki təlimin mövzusu Ümumdünya Səhiyyə Təşkilatı və “Qızıl Xaç” kimi nüfuzlu beynəlxalq təşkilatların təlimçilər üçün təlim proqramını əhatə edirdi.

Təlim müddətində iştirakçılara kitabçalar, bukletlər, sertifikatlar, dəftərxana ləvazimatları və qazilərə "AzGranata" şirkətinin məhsulları təqdim edilib.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində qazilərin öz psixoloji durumlarını dəyərləndirə biləcəkləri ödənişsiz bir platforma www.psixoyardım.az saytı hazırlanıb. Bu platformaya daxil olan qazilər psixomaarifləndirmə xarakterli materiallarla tanış olub onlardan fərdi qaydada istifadə edə bilərlər. Həmçinin qazilərə ödənişsiz psxioloji dəstək göstərən müvafiq qurumların koordinatlarına müraciət edərək yararlana da bilərlər.

Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Tərəfdaşları isə Gənclərin İnkişafı və Karyera Mərkəzi, Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi, "AzGranata" şirkətidir.

İctimai Birlik layihə üzrə tədbirlərin keçirilməsində göstərdiyi köməyə görə QHT Agentliyinə və tərəfdaşlarına təşəkkür edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR