İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesiya Komissiyası ilə MM-in komitəsi arasında “Media haqqında” qanun çəkişməsi

1119 23.06.2022 10:05 Media A A

MM-in İnsan hüquqları Komitəsi Venesiya Komissiyasının “Media haqqında” qanunla bağlı rəyinə münasibət bildirdi

"Müstəqillik dövründə Avropa Şurasının üzvü kimi Azərbaycanda gedən qanunvericilik və  hüquqi islahatlarla dair Avropanın müvafiq institutlarının  mütəmadi olaraq, rəy və   tövsiyələr bildirməsi normal ənənə olmaqla demokratik vıə hüquqi dövlət qurucluuğu prosesinin ayrılmaz tərkib hissəsi sayılır. Sözügedən qurumlardan biri- “Hüquq vasitəsi ilə Demokratiya üzrə Avropa Komissiyası” və ya daha çox qeyri-rəsmi adı ilə- “Venesiya Komissiyası”  (VK ) kimi tanınan təşkilatın əsas vəzifəsi- Konstitusiya quruculuğu və qanunvericiliyi sahəsində tövsiyə xarakterli dəstək verməkdir. Komissiyaya üzv olan konstitusiya və beynəlxalq hüquq üzrə ekspertlər həm qəbul edilmiş qanunları, həm də layihələri təhlil edir, təkmilləşdirmə məzmunlu tövsiyələr verir. Komissiyanın daimi qərargahının yerləşdiyi Fransa-Strasburqdan ölkəmizlə bağlı səslənən müxtəlif məzmunlu siyasi bəyanatlar bütövlükdə cəmiyyətimizə yaxşı məlumdur".

Musavat.com xəbər verir ki, bu fikirlər Milli Məclisin İnsan hüquqları Komitəsinin məlumatında qeyd olunub.

Məlumatda qeyd olunub ki, komissiyanın konkret olaraq, “Media haqqında” qanunla bağlı rəy hazırlayan üzvləri ilə əlaqədar əhatəli məlumat təfərrüatı ilə bəllidir:

"Hazırda Komissiyanın tövsiyələri ölkə mediası və ictimaiyyət arasında müzakirə edilir. Təbii olaraq, Qanunun mahiyyəti ilə tanış olan və olmayan hər kəs münasibətini bildirir. Komissiyanın rəyini verdikt, yaxud sensasiya kimi təqdim etmək, reallığı deyil, subyektiv mülahizələri fürsət bilənlərin  səyləri  göz önündədir. Rəsmi açıqlamaya gəldikdə, AR Medianın İnkişafı Agentliyi öz mövqeyini VK-na  təqdim edib. Əslində rəylə bağlı müzakirələrə bu açıqlamada verilən cavablar tam olaraq adekvat və kafi hesab edilə bilər.

Komissiyanın əsas iradları nədir? Onlardan bəzilərinə toxunaq.

VK-nın rəyində  sitat: “qanunun  mediaya "ictimai nəzarətçi" rolunu səmərəli şəkildə həyata keçirməyə imkan verməməsi” ilə bağlı fikri təəccüb və təəssüf doğurur. Nəinki medianın, hər bir vətəndaşımızın ictimai nəzarətçi olması çağırışı-dövlətimizin ali hüquqi, siyasi iradəsidir və dəfələrlə bəyan edilib. Media Reyestrinə daxil edilməyin jurnalistlər üçün könüllü olması, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün Agentliyə ərizə ilə müraciətə dair hər hansı müddəanın olmaması, qanunun 15.2-ci maddəsinin məzmununu qiymətləndirmədən 15.3-cü maddəsini şərh edilərkən redaktor və ya jurnalistin öz informasiya mənbəyini açıqlaması normasının ağır və xüsusilə ağır cinayətlərin qarşısının alınmasına aid olduğu, o da yalnız məhkəmə qərarı ilə mənbənin açıqlana bilməsi, digər hallarda jurnalistin informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməzliyinin qanunda aydın göstərilməsi, jurnalist vəsiqəsi və akkreditasiyası anlayışlarının eyniləşdirilməsinin yanlış olması, media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilməsinin qətiyyən istisna edilmədiyi, lakin onun dəqiq kvotalar əsasında həyata keçirilməsi və digər məqamlar Komissiyanının rəyində irəli sürülən iradlara cavabdır.Kontekstən çıxarılaraq şərh edilən 26-cı maddə, “çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından, qurumlarından icazə tələb olunmasına dair iddia layihə hələ müzakirə mərhələsində olarkən Komissiyaya ayrıca izahatda dəqiq hüquqi şərhi verilmişdi, internet televiziyaların fəaliyyətinə heç bir məhdudiyyət nəzərdə tutulmadığı halda bu qadağaların ləğvinə çağırılması da eyni qəbildən olan nonsensdir. Qanunun sosial medianı, youtube kanallarını, bloqosfer və digər platformaları tənzimləmədəyi dəfələrlə izah olunmuşdur".

Məlumatda bildirilir ki, rəydə ifadə azadlığı, insan haqlarına dair Avropa konvensiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hər hansı hüquqi qadağalar, “azad mətbuat” əleyhinə gizli və dolayı normaların mövcudluğundan ehtiyatlanmanın da heç bir əsası yoxdur:

"Mövcud rəqəmsal gerçəklikdə əslində zəif mətbuat milli informasiya məkanın zəbt edilməsinə səbəb olur.Lakin beynəlxalq və milli qanunvericilik informasiya amilinin geosiyasi silaha, dezinformasiyanın “kütləvi qırğın silahına” çevrildiyi bir şəraitdə hər gün çağırışlarla, yeni qanunların qəbulu ilə səciyyələnir.

Misal üçün, VK-nın ideal tövsiyəçi olduğu halda, Komissiya bir neçə il əvvəl Ukraynanın “Dezinformasiya ilə mübarizə haqda”, “Təhsil haqda”,  “Dekommunizasiya” qanunlarını kəskin tənqid etmişdi. Üstəlik, Ukrayna Radasında Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi. Amma indi Avropa və Qərb özü dezinformasiya ilə bağlı məlum digər dövlətin bütün rəsmi informasiya  mənbələrini qadağan edib.

Digər bir misal: Komissiya rəy hazırladığı bu günlərdə Venesiya Komissiyasının prezidenti  Ermənistanda səfərdə olub, Ermənistan Konstitusiya Məhkəməsinin “hüquqi islahatların “çiçəklənməsi” ilə bağlı konfransında, digər qurumlarda məruzələr edib.Konstitusiya məhkəməsinin iflas etdiyi və tamamilə xaos yaşadığı  Ermənistanda, Fransa-Strasburqda yerləşən qurumun ideal və doğru tövsiyyələr verməsi çətin sınaqdır.

Məyusedici məqamlardan biri də odur ki, Venesiya Komissiyasının fəaliyyət praktikasında demokratik prosedurlara əsaslanaraq, hər hansı rəyi qəbul etməzdən əvvəl milli təsisatlarla əməkdaşlıq edən, o cümlədən həyata keçirilən azsaylı rəsmi görüş və danışıqların nəticəsində özlərinin müsbət mövqedən yanaşdıqları müddəları sonradan neqativ planda göstərmələri dərin təəssüf doğurur.

“Media haqqında” qanun layihəsinin 800-dən artıq mətbuat təmsilçisini əhatə edən çoxsaylı görüşlərdən, diskussiyalardan, qapalı dinləmələrdən keçdiyi müddətdə bununla bağlı xoş məramlar gözləntisi mövcud idi.İradlara qanun layihəsi ilə bağlı şəffaf və açıq əsaslarla təşkil edilən ictimai müzakirələrdə, Milli Məclisin plenar iclaslarında dəfələrlə aydılıq gətirilib, müvafiq dəlillərlə cavab verilib. Eyni zamanda, 25 aprel tarixində ATƏT-in media azadlığı üzrə nümayəndəsinin səfəri zamanı xoş məram və qarşılıqlı anlaşma mühiti hökm sürüb. Həmin görüşdə Parlamentin iki Komitəsi-İnsan Hüquqları və Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin sədrləri tərəfindən ATƏT nümayəndəsi Tereza Ribeyro tərəfindən səsləndirilən əksər suallara hüquqi çərçivədə və aydın izahlar verərək,sənədin söz və mətbuat azadlığı sahəsində dövlətimizin götürdüyü beynəlxalq öhdəliklərə tam uyğun olduğu legitim dəlillərlə sübut olunmuşdu. Xatırladaq ki, layihənin ictimailəşdirilməsindən sonra onun plenar iclaslara çıxarıldığı 10.12.2021-ci il tarixində Milli Məclisin iki Komitəsinin birgə iştirakı ilə keçirilən müzakirələrdə 50-dək, 17.12.2021-ci il tarixində online formatlı müzakirədə isə 58, ümumilikdə 108-dən çox media subyektinin rəhbəri, baş redaktor, jurnalist və media eksperti iştirak etmişdi. Dinləmələrin interaktiv formada suallara cavablar şəklində keçdiyi, şərh və izahatların verildiyini, eləcə də onların bütün növ mediada geniş işıqlandırıldığını qeyd etmək olar. Layihəyə maraqlı tərəflərin-xarici diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatlar və ölkədaxili media təmsilçiləri ilə görüşlər zamanı irəli sürülən rəy və təkliflərin böyük bir qismi praktiki məsələlər, keçmiş media administrasiyası ilə bağlı qeydlər və hazırda mövcud olan digər qanunlardakı maddələrə aid olduğu üçün nəzərə alınmadığı dəfələrlə aydın şəkildə izah edilmişdi.Ona görə də Venesiya Komissiyasının rəyində əksini tapan iradların əksəriyyəti rəsmən cavablandırılan məsələlər olduğundan onun əsasında Azərbaycanda söz və mətbuat azadlığının gələcəyiniə dair çıxarılan qənaətlərin hüquqi deyil, siyasi xarakter daşıdığını qeyd etmək olar".

İnsan hüquqları Komitəsinin məlumatında o da qeyd edilib ki, Venesiya Komissiyasının rəyində digər Media qanunun çoxsaylı maddələrinə münasibətin adekvatlığı - qəbul edilən Qanunun mahiyyəti və legitimliyini təsdiq edir:

"Bir daha qeyd edək ki, VK-nın missiyası, Avropanın ali Konstitusiya dəyərlərini qorumaq, üzv dövlətlərdə təşviq etməkdir. AŞ-nın üzvü olan bütün dövlətlərdə Konstitusiyaların ən ali, mütləq dəyəri suverenlikdir. XXI əsrdə isə milli suverenlik: informasiya və media suverenliyi ilə  ayrılmazdır,vahid tam təşkil edir. 

Biz Venesiya Komissiyasının  mücərrəd, siyasi və deklarativ   xarakter daşıyan bir çox tövsiyələrindən təəssüfümüzü ifadə edirik.Bununla yanaşı, konstitusion qanunvericiliyin təkmilləşdiriləsi yönündə konstruktiv birgə əməkdaşlığa, müzakirə və dialoqa hər zaman açıq olduğumuzu da xüsusi vurğulamaq istərdik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR