İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkil adı altında 10 min manatdan çox pulu ələ keçirdi - CİNAYƏT İŞİ

703 02.05.2023 17:42 Kriminal A A

Vəkil adı altında vətəndaşın pulunun ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.

Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Prokurorluğunda vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı Elşən Əliyevin özünü vəkil kimi təqdim edərək respublikanın müxtəlif məhkəmələrin icraatında olan mülki işlər üzrə vəzifəli şəxslərə rüşvət verməklə vətəndaşın xeyrinə qərar qəbul olunması adı ilə ayrı-ayrı vaxtlarda 10 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR