İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton SEPAH-ın dünyada terror təşkilatı kimi tanınmasını DƏSTƏKLƏDİ

651 01.06.2024 09:41 Dünya A A

Dünən ABŞ hökumətinin iki rəsmisi ayrı-ayrı bəyanatlarda SEPAH-ı dünya üçün təhlükə adlandırıb və dünyada terror təşkilatı kimi tanınmasına dəstək verib.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Abram Peyli bununla bağlı “X” hesabında yazıb:

“Biz SEPAH-ı dünya səviyyəsində terror təşkilatı adlandırmaq səylərinə dəstək veririk. Amerika SEPAH-ı terror təşkilatı kimi tanıyır və onu dünya üçün təhlükə hesab edir”.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel isə keçirdiyi mətbuat konfransında SEPAH-ın İranda müxalifləri öldürməsinə toxunaraq deyib:

“İcazə verin, açıq deyim ki, SEPAH dünya üçün təhlükədir. Biz SEPAH-ın terror təşkilatı adlanmasını tam dəstəkləyirik”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR