İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Rusiya aktivlərinin müsadirəsinə nail olmağa çalışır – Blinken

565 14.05.2024 22:06 Dünya A A

Amerika administrasiyası Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək üçün ABŞ Konqresinin verdiyi yeni səlahiyyətlərdən istifadə etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Kiyev Politexnik İnstitutunda çıxışı zamanı deyib.

Eyni zamanda Blinken təsdiqləyib ki, Birləşmiş Ştatlar Yeddilik Qrupu (G7) tərəfdaşları ilə qarşılıqlı əlaqəni davam etdirir və onların dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirəsinə razılaşmalarına nail olmağa çalışır.

Qeyd edək ki, bu gün ABŞ dövlət katibi elan olunmamış səfərlə Ukrayna paytaxtına gəlib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR