İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaşinqton Post" İranın hücumundan bunları yazdı

752 14.04.2024 01:36 Gündəm A A

İsrailin baş naziri Benyamin Netanyahunun ölkənin “hər hansı bir ssenariyə hazır olduğunu” dediyi bir vaxtda, İran şənbə günü gec saatlarda öz ərazisindən İsrailə doğru pilotsuz təyyarələr buraxıb.

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari şənbə günü axşam verdiyi qısa açıqlamada pilotsuz təyyarələrin İsrailə çatmasının bir neçə saat çəkəcəyini deyib. O, İsrail qüvvələrinin plana uyğun olaraq cavab verdiyini bildirib. "Daha qısa gəliş vaxtı" ilə təhdidlər aşkar edilərsə, "dərhal xəbərdarlıq edəcəyik" deyib, Hagari.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə doğru “onlarla pilotsuz təyyarə və raket” atıb, deyə, İran dövlət mediası bildirib. Hücumun İsraildəki “xüsusi hədəfləri” nişan aldığı bildirilib.

İran dövlət mediası bildirib ki, hücum İsrailin bu ay Suriyanın Dəməşq şəhərində İran konsulluğunun binasına endirdiyi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli əməkdaşı da daxil olmaqla 7 nəfərin ölümünə səbəb olan zərbəyə cavab xarakteri daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR