İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vasif Məhərrəmli mötəbər adamlarını göndərib, bizdən üzr istədi” – İnsident baş verən restorandan qalmaqallı açıqlama

2447 04.05.2022 15:53 Şou-biznes A A

 

Ötən gün Əməkdar artist Vasif Məhərrəmli “Qurd qapısı” restoranında insident yaşadığını, bir nəfərin ona hücum edərək az qala öldürmək istədiyini bildirmişdi.

 Əməkdar artist bu gün yenidən sosial şəbəkədə video paylaşaraq hadisənin pərdəarxası məqamlarını açıqlayıb:

"Həmin restorana yeməyə getməmişdim, yemək yemədim. Yaxınlaşdım ki, bir otaqda oturum, 10-15 dəqiqə müsahibə verim. Keçdim oturdum, müsahibə verməyə başlamışdıq ki, gətirib masanı doldurdular. Pula görə etmədim, pul istəsələr verərdim. Dedim, biz yemirik, 5 dəqiqə müsahibə verib, gedirik. Qayıtdılar ki, artıq kassaya vurulub. Mənə desəydilər, 50-100 manat ver, çıxardıb verərdim. Onlar cibə girirlər, nakişi kimi pul qazanırlar".

Baş verən hadisə ilə bağlı Musavat.com-un əməkdaşı adı çəkilən restoranın rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Restoranın Orxan   adlı administratoru Orxan Abdullayev Əməkdar artistin dediklərini yalanlayıb. O qeyd edib ki, əslində, sənətçi sifariş verdiyi yemək və çayın pulunu vermək istəməyib və daha sonra özü dava salıb:

“Sizcə ölkədə elə bir qanunsuzluq varmı ki, kimsə kiməsə hücum etsin, döysün, öldürmək istəsin. Onun dediklərinin hamısı şərdir. Biz sadəcə onu başa salmağa çalışdıq ki, müsahibə vaxtı yemək, içmək, çay dəsgahı sifariş vermisən, indi ödəməlisən. Çıxanda dedi ki, yeməyin pulunu çıxın, amma çay içməmişik. Halbuki, çay da içmişdilər. Biz də bildirdik ki, pandemiya vaxtıdır, ona görə biz kiminsə qabağından qalanı, əli dəyən yemək və yaxud çayı başqasına verə bilmərik. Bu, həm qaydalara ziddir, həm günahdır, həm də axı ticarət məsələsi var.

Biz qətiyyən ona əl qaldırmamışıq. Dedik ki, Vasif bəy, əgər siz tam ödəniş etməsəniz ofisiantın pulunu kəsməli olacağıq. Pulu gah üstümüzə atdı, gah geri götürdü, gah maşınına gedib, sonradan üstümüzə gəlib əlin stolun üstünə çırpıb bizi təhqir etməyə başladı. Buna görə də şəxsən mən aidiyyəti qurumlara müraciət etdim ki, məsələni araşdırsınlar.

Biz sadəcə başa salmağa çalışdıq ki, sifariş etmisənsə pulu ödəməlisən, əgər istəmirdinsə əvvəldən sifarişdən imtina edə bilərsən və sairə”.

Administrator yaşanmış insidentə görə Əməkdar artistin üzr istədiyini də dedi:

“Artıq səhvini başa düşüb, sosial şəbəkədə paylaşdığı videonu da silib. Dünən polisə müraciət etmişdim, bu gün artıq Vasif Məhərrəmlinin çox mötəbər adamları gəlmişdi ki, üzr istəyir, barışıq olmasını istəyir. Bir daha  qeyd etdim ki, əgər bizim restoranın səhvi olubsa biz üzr istəyirik, amma birmənalı olaraq bizdə səhv olmayıb. Xahiş etdilər ki, polisə müraciətimizi də geri götürək. Dedik ki, əgər sosial şəbəkədə bizim haqqımızda paylaşdığı videonu silirsə, üzr istəyirsə anlayışla qəbul edə bilərik”.

 

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR