İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanın Qarabağdakı son günləri - Kreml öz “tulası”nı geri çağırır?

1244 17.01.2023 11:29 Siyasət A A

Paşinyan və Arutyunyan dələduz erməni milyarderinə qarşı ittifaq qurub, Xankəndidən qaçmağa hazırlaşdığı xəbərlərini özü təkzib edir; Ruben gedərsə, Bakının separatçılara ağır zərbəsi olar

Qarabağda qanunsuz şəkildə peyda olub, öz varidatını Qərbin sanksiyalarından qorumağa çalışan erməni əsilli rusiyalı milyarder - fırıldaqçı Ruben Vardanyanın Xankəndidən qaçacağı barədə məlumatlar yayılıb.

Belə ki, infoport.am öz mənbələrinə istinadla Vardanyanın yaxın vaxtlarda separatçıların “dövlət naziri” vəzifəsindən azad ediləcəyini yazıb. İddiaya görə, buna səbəb onun son qalmaqallı açıqlamalarıdır. Bildirilir ki, separatçıbaşı Araik Arutyunyan ona deyib ki, öz “postunu” tərk etməlidir. Bununla bağlı “əmr”in sabah veriləcəyi, Vardanyanın yerinə hazırkı “daxili işlər naziri” Karen Sərkisyanın gətiriləcəyi söylənilir.

Erməni mənbələrinin xəbərinə görə, qərar Ruben Vardanyanın Qarabağda vəziyyəti daha da pisləşdirən son qalmaqallı bəyanatları ilə əlaqədar verilib. O da bildirilir ki, Arutyunyan öncə separatçı qurumun qondarma “təhlükəsizlik şurası”nın üzvləri ilə görüş keçirib və məsləhətləşmələrdən sonra bu qərarı verib. Vardanyan isə bəyan edib ki, o, “istefa” vermək fikrində deyil. “Xüsusilə indiki vəziyyətdə istefa verməyə hazırlaşmıram”, - deyib. R.Vardanyanın “qalmaqallı bəyanatları” dedikdə isə həm də onunla Paşinyan arasındakı konflikt göstərilir. Məlumdur ki, Ruben hər fürsətdə Paşinyanı tənqid edir. Ən sonuncu çıxışında isə “Ermənistan hakimiyyəti bizə heç bir kömək etməyəcəyini bildirdi” deməklə, Paşinyanı hədəfə çıxarmışdı.

“Hraparak” qəzeti isə yazıb ki, Araik Arutyunyan və Ruben Vardanyan “istefa”ya gedir. Nəşr öz mənbələrinə istinadla bildirir ki, A.Arutyunyan qondarma rejimin keçmiş “rəhbəri” Bako Saakyanla “dövlət naziri”nin dəyişdirilməsi məsələsini müzakirə edib. “Vardanyanın getməsindən sonra Bakının təzyiqinin azalacağı düşüncəsi var. Vardanyan Arutyunyanın xahişi ilə gedir. Daha doğrusu, Nikol Paşinyan belə bir tələbin Azərbaycan rəhbərliyi tərəfindən irəli sürüldüyünü separatçılara deyib. Bakı açıq şəkildə bildirib ki, Vardanyan arzuolunmaz şəxsdir və Qarabağı tərk etməlidir. Qarabağda ”siyasi qüvvələr" buna qarşı çıxır, onlar hesab edirlər ki, Bakının hansısa tələbi icra olunarsa, daha heç nə edə bilməyəcəklər. Lakin Vardanyandan sonra Arutyunyanın özü də istefaya gedəcək, məqsəd gərginliyin azalması, Bakının istəklərinin yerinə yetirilməsidir. Eyni zamanda “milli təhlükəsizlik xidmətinin direktoru” da “postun”dan göndərilir", - deyə qəzet əlavə edib.

Xatırladaq ki, bundan öncə R.Vardanyanın Rusiyadakı və Ermənistandakı bütün əmlaklarını sataraq, məxfi şəkildə Britaniyaya yerləşdirdiyi haqda məlumat yayılıb. Belə rəylər var ki, “rusun tulası” Qarabağda qalmağın “perspektivsizliyini” artıq anlayıb və aradan çıxmağa hazırlaşır. Əslində onun Qarabağa sığınması öz varidatını sanksiyalardan qorumağa hesablanmışdı. Həmçinin çirkli yollarla var-dövlət yığan Vardanyan Qarabağın təbii sərvətləri hesabına pul qazanmağa davam edəcəyini və çirkli pullarını yuyacağını güman edirdi. Məhz buna görə 10 dekabr 2022-ci ildə Azərbaycan mütəxəssislərinin yataqlarda monitorinqinə imkan verməmək üçün “aksiya” təşkil etmişdi.

Azərbaycanlı ekofəalların aksiyası başlayandan sonra isə ona münasibət dəyişdi. Artıq hər kəs anladı ki, Vardanyan yalnız sərvətini qorumaq və artırmaq üçün Qarabağdakı erməni icmasından sui-istifadə edir. Bundan sonra isə onun sərvətini Britaniyaya daşıdığı, özünün isə qaçmağa hazırlaşdığı haqda məlumat yayıldı. Proseslərin davamı nə vəd edir? Kreml öz “tulası”nı geri çağırırmı, yoxsa o, aradan birdəfəlik çıxır? Azərbaycan dövləti Vardanyanın sakitcə, Laçın yolu ilə Qarabağdan çıxıb getməsinə şərait yaratmalıdırmı, yoxsa onun həbsi tələbini qoymalıdır? Maraqlıdır ki, Vardanyanın son açıqlamalarında inamsızlıq özünü daha qabarıq göstərməyə başlayıb. Ruben Bakı ilə “konstruktiv dialoq”dan dəm vurub...

Dostumuzu itirdik” - Elxan Şahinoğlu vəfat edən diplomatdan yazdı | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, "Əgər Rusiya ilə sıx bağlılığı olan Ruben Vardanyan kimi birisi də Qarabağı tərk etmək məcburiyyətində qalıbsa, biz Azərbaycan qanunlarına tabe olmadan burada necə yaşayacağıq” - bu Qarabağ ermənilərinin özlərinə verməli olan suala çevriləcək: “Ruben Vardanyan bölgəni bu il tərk etməsə belə, bunu 3 il sonra Rusiya hərbi kontingenti ilə birgə reallaşdırmaq məcburiyyətində qalacaq. Ancaq biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki, məsələlərimizin həllini sürətləndirək. Əslində Ruben Vardanyan biz deyəni təkrarlayır, Qarabağ erməniləri üçün 3 yoldan ikisini səsləndirir və bu, Azərbaycanın mövqeyini əks etdirir: "Qarabağ erməniləri ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, ya da tabe olmaq istəmirlərsə, Qarabağı tərk etməlidirlər". Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Ruben Vardanyanın Qarabağı tərk etməsini sürətləndirməkdir. Ruben Vardanyanın gəldiyi yerə qayıtması saman çöpündən də yapışmağa cəhd edən erməni separatizminə və separatizmə dəstək verən digər ermənilərə ağır zərbə olacaq".

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəylinin fikrincə, Nikol Paşinyan və Araik Arutyunyan ittifaq bağlayaraq Rusiya agenti Ruben Vardanyanı istefaya məcbur etmək üçün ekoloqların aksiyasından istifadə etməyə qərar veriblər: “Hətta Araikin rəhbərliyi ilə başlayan kabinet toplantısının gündəmində cəmi bir məsələ qoyulub: Vardanyanin istefası. Çünki Ermənistanda, Qarabağda, Amerikada və Fransada, bir sözlə, qlobal ermənicilik təbliğata başlayıb ki, blokadanı quran Rusiyadır və Vardanyan da sözügedən ölkənin nümayəndəsi olaraq, həmin postda qala bilməz. Buna görə də əllərinə keçən fürsəti imkana çevirən Araik və komandası dərhal Rubeni məhv etmək üçün Azərbaycanın da mövqeyini əsas tutaraq addım atmağa çalışıb. Hətta iclas başlayana qədər Ruben Vardanyan da istefaya razı imiş, lakin son anda Moskvadan gələn təlimatla Vardanyan istefa fikrindən yayınıb. Məlum olub ki, Rusiya Azərbaycanla sülh müqaviləsini sabotaj etmək üçün Vardanyanı qorumaq fikrinə düşüb”.

Ekspert hesab edir ki, Vardanyanin dəstəyi yalnız Rusiya, düşməni isə Ermənistan, Azərbaycan, Qərbdir: “İlkin təxminlərə görə, Nikol Paşinyan son dəfə verdiyi "Qarabağ Azərbaycandır" tipli açıqlamalarla Ruben Vardanyanın eyni zamanda fiziki varlığını da məhv etməyə yönəlik addımlar atmaq üçün Azərbaycana pas atıb. Rusiya bu gün Vardanyanı qoruyub saxlaya bilsə, bir neçə ay sonra İrəvanda başlayacaq inqilabın lideri, qara dövriyyə dünyasının lideri, çirkli pulların yuyulması üzrə mütəxəssis Ruben Ermənistanın yeni baş naziri olacaq. İndi gəlin görək, bu plana Nikol hansı alternativlərlə cavab verəcək".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR