İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”lə bağlı YENİ XƏBƏR: Rusiya qvardiyasının..

953 30.10.2023 11:23 Dünya A A

Rusiyanın “Vaqner” özəl hərbi təşkilatı Rusiya qvardiyasının tabeliyinə keçib.

Musavat.com xəbər verir ki, bu barədə “Vaqner” rəsmi açıqlama verib.

Bildirilib ki, təşkilat üzvləri fərdi şəkildə müqavilələr imzalayıblar.

Məlumata görə, “Vaqner”in bütün strukturu, iş qaydası və komandirlər saxlanılır.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib. “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündən sonra “Vaqner”in Ukraynadan çıxdığı bildirilmişdi. Bu ilin sentyabr ayında Britaniya kəşfiyyatı “Vaqner”in yenidən Ukraynaya qayıtdığı barədə məlumat yayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR