İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vanqanın adından yazılanlar xüsusi şöbədə hazırlanır... " - Politoloqdan İLGİNC AÇIQLAMALAR

1936 12.06.2023 20:46 Maraqlı A A

"32 ildir SSRİ dağılıb , onun xüsusi xidmət orqanlarının ideoloji müharibəsində rupor kimi istifadə etdiyi “Vanqa” təbliğatı hələ də davam edir".

Bu sözləri politoloq Yeganə Hacıyeva bu günlərdə Vanqanın 2023-cü illə bağlı dedikləri barədə yayılan informasiyalara münasibət bildirərkən deyib.

Politoloq yayılan bu cür məlumatların əsassız olduğunu qeyd edib:

"Məlumat üçün deyim ki, Vanqanın həyat yoldaşı Dmitri Kuşteryev və şəxsi mühafizəçisi Pyetr Konstantinov KQB zabitləri olub.

Vanqa isə Bolqarstanda SSRİ-nin işğalçı siyasətinin bolqar cəmiyyətində dəstəklənməsi üçün ideoloji rupor kimi sadəcə bir xüsusi xidmət layihəsi olub.

SSRİ-nin işğal etdiyi bütün yerlərdə, elə müttəfiq respublikaların özündə də ona oxşar layihələr olub, indi də var".

89922444_2951805495046178_8074818883355148288_n.jpg (327 KB)

Yeganə Hacıyeva xatırladıb ki, Vanqa 1996-cı ildə dünyasını dəyişib və özündən sonra da heç bir kəhanət qoymayıb:

"Onun adından yazılanlar günü bu gün də Lubyankada xüsusi şöbədə yazılır.

Analogiya aparsaq, məsələn SSRİ-nin son illərində televiziyada Kaşpirovski deyilən “ekstrasens” insanlara “yanınıza bankada su qoyun, enerji ötürürəm, sonra için, çimin sağalacaqsınız” deyə cəhalət aşılayırdı.

Heç kimin də ağlına gəlmirdi ki, əgər bu “ekstrasens” seansları mərkəzi dövlət televiziyasında aparılırsa, demək translyasiya bir başa Lubyankadan gəlirdi.

Küçədə isə SSRİ dağılırdı, amma elmi, siyasi, iqtisadi elitanı Kaşpirovskinin seansları narahat edir, onlar müzakirə edilirdi.

Bunun izahı odur ki, SSRİ-nin ilk illərində mərkəzi hakimiyyət cəmiyyətin idarəçilik institutu olan dini inkar edən “ateizmi” dövlət siyasəti seçmişdi.

Ancaq insanların kilsədən uzaq düşməsini arzulayanlar, onların inanclarını istismar etmək arzusundan uzaq düşməmişdilər.

Dinin birləşdirici faktor kimi necə böyük silah olmasını gözardı edə bilmirdilər.

Çünki bütün qadağalara baxmayaraq cəmiyyətin inkişaf tendensiyalarından biri kimi din ictimai həyatın bütün sferalarını : sosial, iqtisadi, siyasi, mədəni, ideoloji sahələri əhadə edirdi.

Elmin-texnikanın sürətli inkişafı da buna mane olmadı, əksinə dinin müasir sistemə transformasiyasını daha da şərtləndirdi və sürətləndirdi.

Bunu görən mərkəzi hakimiyyət özü-özünü inkar etmədən, dini məlumatların çatdırılmasında alternativ ünsiyyət yollarının təbliği, yalançı dini dəyər oriyentasiyalarının formalaşması yolunu seçdilər.

Burada da mistika, okkultizm, ezoterika elementli, qeyri-ənənəvi təzahürlü yeni dini cərəyanlara əl atmışdılar".

Politoloq bildirib ki, eyni təbliğat Rusiyada indi də davam edir:

"Bəzi kanallar bütün günü baxıcıların təbliği, “kor baxıcı və nəvəsi” ilə avam, cahil rus cəmiyyətini daha rahat “idarə edilən” hala gətirirlər".

Yeganə Hacıyeva son zamanlar bu təbliğatın Azərbaycanda da aparıldığını diqqətə çatdırıb:

"Hələ keçən aylara kimi İranın ayətullahlarının “dediklərini” təbliğ edən səhifələr indi adlarını dəyişib “Vanqanın kəhanətlərini” təbliğ edir.

Bizdə də “Vanqa onu dedi, bunu dedi” deyə cəmiyyətə cəhalət yayanların məqsədi eynidir.

Amma bunların hamısı uzun müddətli hesabda dini fundamentalizm, dini ekstremizm və terrorizm üçün zəmin rolunu oynayır.

Dini tərbiyənin sağlam yolunu tutmaqda fayda var…".

Xatırladaq ki, bu günlərdə “New York Post” qəzetində Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı fikirləri yer alıb.

Nüvə müharibəsi, yoxsa Üçüncü Dünya müharibəsi? - ARAŞDIRMA (I YAZI)

Sözügedən xəbər qısa zamanda nəşrin ən çox oxunan materialı olub. Məqalədə Vanqanın keçmişdə verdiyi proqnozlara istinad edilib. Kahinin 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini vurğulayan qəzet onun “Asiyanın üzərinə çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib. Qeyd olunub ki, Vanqanın proqnozlarına əsasən, güclü dövlətlərdən birinin istifadə edəcəyi silah dünyanı təhlükəyə atacaq. Bu proqnozun yenidən gündəmə gəlməsinə səbəb isə Ukraynada partladılmış Kaxovka SES-i olub.

“New York Post” qeyd edib ki, bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi. Nəşrin məlumatına görə, sözügedən hadisə ilə nüvə fəlakəti ehtimalı artıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR