İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “Bəzi nazirliklərdə aparılan yoxlamalar kifayət qədər şəffaf...”

5495 12.05.2023 13:44 Son xəbər A A

Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə komitə sədrinin müavini Əli Məsimli ətraflı məlumat verdi, onun mütərəqqi əhəmiyyətindən danışdı.

Deputat Vahid Əhmədov çıxışı zamanı bildirdi ki, bu, çox ciddi qanun layihəsidir. “Dövlət başçısı cənab İlham Əliyev mütəmadi olaraq daha şəffaf yoxlamalarla əlaqədar göstərişlər verib”-deyən V.Əhmədov sahibkarların vaxtaşırı yoxlamalardan azad edilməsi ilə bağlı tətbiq olunan güzəştləri də xatırlatdı. Eyni zamanda qeyd etdi ki, bəzi nazirliklərdə aparılan yoxlamalar kifayət qədər şəffaf olmadığı üçün belə bir qanun layihəsinin hazırlanmasına qərar verilib.

Deputat dedi ki, bu qanun layihəsini İqtisadiyyat Nazirliyi təklif edib və digər nazirliklər üçün də nümunəvi addımdır. V.Əhmədov qeyd etdi ki, hansısa müəssisələr yoxlanılarkən bütövlükdə müəssisənin fəaliyyəti yoxlayıcılar tərəfindən dayandırılırsı, bu da ciddi problemlər yaradılırdı: “Amma bu qanun layihəsinə əsasən, yoxlayıcılar hansı sahəni yoxlayacaqsa, ancaq o sahənin işini dayandıracaq, digər sahələrin fəaliyyətini dayandırmaq hüququ yoxdur”.

V.Əhmədov qeyd etdi ki, çox vaxt yoxlayıcıların sahibkarları yoxladığı zaman etik-davranış qaydalarının pozulması halları da qeydə alınır, bu məsələ layihədə əksini tapıb. Həmçinin deputat götürülən nümunələrlə bağlı da mütərəqqi təkliflərə diqqət çəkdi. Bildirdi ki, burada sahibkarların hüquqlarının qorunmasına önəm verilib. “Yoxlamanın əsas məqsədi şəffaflığın təmin edilməsidir, ona görə də şəffaflığın təmin olunması ilə bağlı əlavə maddənin təklif edilməsini təklif edirəm” - V.Əhmədov çıxışını yekunlaşdırdı.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR