İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzeyir Cəfərovla “Canlı debat” - Ukrayna Rusiya ilə atəşkəs istəmir - rəsmi açıqlama

536 19.05.2022 13:28 Gündəm A A

Ukraynanın atəşkəs təklif etməsinə ehtiyac yoxdur, çünki bu, Rusiya Federasiyasının qoşunları dövlətimizin ərazisindən tamamilə çıxarılmadan mümkün deyil. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında yazıb.
“Ukrayna cəmiyyəti yeni “Minsk danışıqları”nda və müharibənin bir neçə ildən sonra yenidən qayıtmasında maraqlı deyil”.

Prezident Aparatı rəhbərinin müşavirinin sözlərinə görə, Rusiya Ukrayna torpaqlarını tamamilə azad etməyə hazır olana qədər Kiyev üçün danışıqlar platforması silah, sanksiyalar və puldur.
Mixail Podolyak bildirib ki, real embarqonun tətbiqi, Ukraynaya tank, təyyarə və artilleriya təchizatı Rusiya Federasiyası üzərində qələbəni ən qısa zamanda təmin edə biləcək.

Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR