İnsanlara hürriyət, millətlərə istiqlal!

Üstümüzə axçilər gəlir - Papikyan qadın alayında FOTO

2120 25.03.2023 20:09 Region A A

Martın 25-də Ermənistanın müdafiə naziri Suren Papikyan qadın alayı üçün nəzərdə tutulmuş N saylı hərbi hissənin ərazisinə və çağırışçı qadınların tədris mərkəzinə baş çəkib.

Musavat.com bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Papikyan ərazini gəzib, tikililərin şəraiti ilə yerindəcə tanış olub.

Müdafiə Nazirliyinin əsaslı tikinti və şəxsi heyətin yerləşdirilməsi idarəsinin rəisi vəzifəsini icra edən Suren Papikyana hərbi hissənin bina və tikililərinin seysmik müqaviməti, eləcə də yenidən qurulacaq və təmir olunacaq binaların təfərrüatları barədə məlumat verib. Eyni zamanda nazir layihə və tikinti işlərinin müddətləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Beləliklə, ordusunu kişilər hesabına komplektləşdirə bilməyən - 44 günlük müharibədə 10 min hərbçisi fərarilik edən ölkədən söhbət gedir - Ermənistan indi qadınların ümidinə qalıb… Üstümüzə axçilər gəlir!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR