İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST xəbərdarlıq etdi - Hər dörd yaşlı insandan biri...

1165 17.11.2023 19:54 Yaşam A A

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı qlobal sağlamlıq üçün böyük təhlükə elan edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb

ABŞ-ın baş cərrahı bunun gündə 15 siqaret çəkməyə bərabər olduğunu söyləyib.

Məlumata görə, ÜST bu problemlə bağlı beynəlxalq komissiya yaradıb.

Komissiyaya ABŞ-ın baş cərrahı Vivek Murti və Afrika İttifaqının gənc diplomatı Çido Mpemba rəhbərlik edir.

Eyni zamanda komissiyaya daha 11 hüquq müdafiəçisi və məmur da daxil edilib.

Qeyd olunub ki, yalnızlıq problemi COVID-19 pandemiyası səbəbindən daha da pisləşib. Pandemiya insanların iqtisadi və sosial fəaliyyətini dayandırıb, tənhalıq səviyyəsi artıb.

Vivek Murti bildirib ki, dünyada hər dörd yaşlı insandan biri özünü sosial təcrid hiss edir. Araşdırmalar göstərir ki, yeniyetmələrin 5%-15%-i tənhadır. 

Məktəbdə tənhalıq yaşayan gənclərin universiteti tərk etmə ehtimalı daha yüksəkdir. İş yerində isə bu, məhsuldarlığın azalmasına səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR