İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST rəsmisi "arxayın olmayın" dedi - yeni virus gəlir?

948 28.04.2023 16:44 Səhiyyə A A

"Bir naməlum virus ortaya çıxmayana qədər Azərbaycanda təhlükə görmürəm" - KTM-in şöbə müdiri

"Koronavirusa yoluxma hallarının azalması bizi arxayınlaşdırmamalıdır və özümüzü qorumağa davam etməliyik".

hande.jpg (72 KB)

Bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Dr. Hande Harmancı deyib. O, koronavirusa yoluxmanın bütün dünyada olduğu kimi, Azərbaycanda da azaldığını bildirib: "Ümid edirik ki, koronavirus pandemiyası tez bir zamanda tamamilə bitəcək. Lakin virusa yoluxmanın azalması bizi arxayın etməməlidir".

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb. 

Artım gözlənilirmi? Daha təhlükəli virusun olacağı haqda proqnozlar özünü doğrulda bilərmi?

ferrux.jpg (61 KB)

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Fərrux Sədirov Musavat.com-a açıqlamasında deyib ki, bu təxminləri heç kim öncədən bilə bilməz: "Təbiətin müəyyən bir zənciri var, virusların da bir yaşama müddəti var. Onun yaranıb-yaranmayacağını biz deyə bilmərik. Azərbaycanda COVID-19-la bağlı hazırda bir sıçrayış gözlənilmir. Çünki ölkənin 65 faizindən çoxu vaksinasiyaya cəlb olunub. Qalan qismi də xəstəliyi təbii olaraq keçirib və immunitet qazanıb. Naməlum bir virus ortaya çıxmayana qədər belə bir təhlükə görmürəm".

Qeyd edək ki, ÜST may ayında pandemiyanın bitəcəyini elan etmişdi.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR