İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST-dən SOS! Meymunçiçəyi artıq 29 ölkədə, COVİD-in yeni ştammı isə daha təhlükəli ola bilər

1130 11.06.2022 10:20 Yaşam A A

Həkim: “Bizə gəlmə ehtimalı çox deyil, amma...”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, qeyri-endemik ölkələrdə meymunçiçəyi xəstəliyinin yaranması riski realdır və belə ölkələrdə 1000-dən çox hal təsdiqlənib. Təşkilatı rəhbəri Tedros Adhanom Qebreyesus BMT-nin səhiyyə agentliyinin virusa qarşı kütləvi peyvənd tövsiyə etmədiyini və epidemiyalar nəticəsində ölüm hallarının qeydə alınmadığını bildirib.

Heyvanlardan keçən bu xəstəlik doqquz Afrika ölkəsində insanlarda endemikdir, lakin son bir ayda bir neçə başqa ştatda - əsasən Avropada, xüsusən də Britaniya, İspaniya və Portuqaliyada epidemiyalar qeydə alınıb: “İndi ÜST-ə xəstəlik üçün endemik olmayan 29 ölkədən 1000-dən çox təsdiqlənmiş meymunçiçəyi faktı aşkarlanıb”, - deyə Tedros bildirib. Çərşənbə günü isə Yunanıstan xəstəliyin ilk halını təsdiqləyən ən son ölkə olub ki, orada səhiyyə orqanları bu yaxınlarda Portuqaliyaya səyahət etmiş və stabil vəziyyətdə bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Tedros virusun hamilə qadınlar və uşaqlar da daxil olmaqla, həssas qruplar üçün yaratdığı riskdən xüsusilə narahat olduğunu vurğulayıb. O, meymunçiçəyinin endemik ölkələrdən kənarda qəfil və gözlənilmədən görünməsinin bir müddətdir aşkar edilməmiş bir yoluxma ola biləcəyini düşündürdüyünü, lakin nə qədər müddət olduğunun bilinmədiyini deyib. Endemik olmayan bir ölkədə meymunçiçəyi ilə bağlı yeganə belə hal epidemiya hesab olunur. Tedros bunun “aydın şəkildə narahatlıq doğurduğuna” baxmayaraq, virusun Afrikada onilliklər ərzində yayıldığını və ölümlərə səbəb olduğunu və bu il indiyədək 1400-dən çox şübhəli hadisənin qeydə alındığını və 66 nəfərin öldüyünü deyib.

Virusun yayılma arealını nəzərə alsaq, Azərbaycan üçün virus təhlükəli ola bilər. Nə etməli?

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

 Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat” öncə bildirdi ki, meymunçiçəyi hazırda Avropada yayılmaqdadır: “Son həftə ərzində tək İngiltərədə 300-ə qədər yoluxma hadisəsi qeydə alınıb. Araşdırmalar davam edir. Xüsusilə də Böyük Britaniyada, ABŞ-da bu barədə araşdırmalar aparılır. Çox sürətlə yayılmayan bir virusdur. Yaxın kontakt vasitəsilə yoluxur. Tənəffüs yolları ilə də yoluxa bilir. Amma koronavirus qədər sürətli yoluxdurmaq qabiliyyətinə malik deyil. Avropada yoluxma hallarının əksəriyyəti cinsi əlaqə yolu ilə olub. Xüsusən homoseksuallar arasında yayılıb. Bu xəstəlik cinsi əlaqə yolu ilə keçən xəstəlik deyil. Amma dəri təması vasitəsilə yoluxa bilir. Bizə gəlmə ehtimalı çox deyil. Çünki Avropada onların müəyyən ənənələri var. Bu virus 14-20 gün ərzində davam edir. Əsasən halsızlıq, baş ağrısı, əzələ ağrıları, yüksək qızdırma, limfa düyünlərinin böyüməsi və dəridə səpgilərlə müşahidə edilir. Səpgilər qaşınır, dərin olur, sağalandan sonra yerində çapıq qalır. İki-üç həftə ərzində davam edir və sağalır”.

 

İnfeksionistin sözlərinə görə, virusun Avropada tapılan formasının letallığı çox deyil: “Amma bunun letallığı çox olan Afrika forması var. Bu, hazırda Avropada yayılmayıb. Avropada yayılan virusun orta Afrika formasıdır, bunda da letallıq o qədər də yüksək deyil. Yalnız xroniki xəstəliyi olanlar, immun sistemi zəif olanlar və yaşlılarda ölüm halları ola bilər”.

“Xroniki xəstəliyi olanlar, immun sistemi zəif olanlar və yaşlılarda ölüm halları ola bilər”

Bu arada Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun yeni, daha təhlükəli ştammının ortaya çıxa biləcəyini deyib. Təşkilat sədri dünyada koronavirus pandemiyasının bitdiyi ilə bağlı yanlış təsəvvürə diqqət çəkib. “Pandemiyanın bitdiyi hissi başa düşüləndir. Lakin bu, yanlışdır. Hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər”, - deyə o qeyd edib.

Qebreyesus onu da bildirib ki, dünyada COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayı azalsa da ÜST ölkələri sayıq olmağa çağırır. Azərbaycan üçün də belə narahatlıq varmı?

Mövzu il bağlı həkim-pulmonoloq Əsəd Beydullayev fikirlərini açıqladı: “Dünya tarixində rahat, sakit bir dövr olmayıb. Davamlı olaraq müxtəlif xəstəliklər, pandemiyalar, müharibələr olub. Xəstəlik olacaqsa, biz də ona uyğun tədbirimizi görəcəyik. İndidən belə proqnozlar vermək çətindir. Artıq vətəndaşlarımız pandemiya dövründə qaydalara öyrəşdilər, xəstəliklə bağlı xof yox oldu, psixoloji baryeri aşdılar. Əgər xəstəlik yenidən olarsa, insanlar nə edəcəklərini bilirlər, maska taxacaq, özlərini qoruyacaqlar. Ən azından qorunma qaydalarına riayət edəcəklər. Hesab edirəm ki, xəstəlik olarsa belə, əvvəlki kimi güclü yoluxmalar olmayacaq”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR