İnsanlara hürriyət, millətlərə istiqlal!

"Uşaq hüquqları haqqında" yeni qanun hazırlanacaq

435 19.07.2023 10:36 Sosial A A

"Normativ hüquqi bazanın gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Komitə tərəfindən 6 sənəd layihəsi hazırlanıb".

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, 5 sənəd layihəsinə rəy və təklif verilib: "Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq 2023-2024-cü illərdə "Uşaq hüquqları haqqında" yeni qanun hazırlanacaq.

"Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyası (Lanzarote Konvensiyası) tələblərinə uyğun olaraq, müvafiq qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 4 Məcəllə və 6 Qanunda müvafiq dəyişikliklər edilməsi barədə Qanun qəbul edilib. Sənəddə istismar qurbanlarına hüquqi yardım formaları və qaydaları, belə hadisələrin öyrənilməsi və maarifləndirmə işinin aparılması ilə əlaqədar məqamlar da öz əksini tapıb".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR