İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitetlərin qazandırdığı bacarıqlar işəgötürənlərin tələbinə uyğun deyil  

1318 09.09.2022 13:17 Təhsil A A

"Monitorinq nəticələrinə görə tələbələr və iş dünyasının ehtiyac duyduğu bacarıqlar ilə universitetlərin qazandırdığı bacarıqlar arasında uyğunsuzluq var".

Musavat.com bildirir ki, bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib.

O qeyd edib ki, altı universitetdə təhsil alan 215 tələbə ilə sorğu, universitet rəhbərləri və müəssisə rəhbərləri ilə müsahibələr aparılıb. Müsahibələrin nəticələrindən də məlum olub ki, universitetlərin qazandırdığı bacarıqlar işəgötürənlərin tələbinə uyğun deyil. Onun sözlərinə görə uyğun gəlməyən bacarıqlar İKT, data analizi, innovasiya, planlama, özünəgüvən, problem həlletmə,özünüqiymətləndirmə, qərarvermə, xarici dil, ana dili və ünsiyyətlə bağlıdır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR