İnsanlara hürriyət, millətlərə istiqlal!

UNESCO-dan mədəni irsimizlə bağlı cavab: “Bu bizim mandatımıza...”

1010 23.05.2023 17:14 Mədəniyyət A A

“Qərbi Azərbaycan İcması özünü beynəlxalq təşkilatlar qarşısında tanıtmalıdır. UNESCO-nun cavabı təbii ki, Qərbi Azərbaycanla bağlı məsələləri gündəmdə saxlamaq baxımından da müsbət dəyərləndirilə bilər”.

Bu fikirləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O qeyd edib ki, təşkilat ilk dəfə Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə icmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğunu vurğulayıb:

“UNESCO işğal və ondan sonrakı dövrdə ermənilər tərəfindən Azərbaycanın mədəni irsinə qarşı vandal hərəkətlərini araşdırmaq və qiymət vermək üçün missiya göndərməyib. Rəsmi məktubda qeyd edilənlər ümidvericidir, lakin bu sadəcə görüntü də ola bilər. Erməni vandalizmi araşdırılacaqmı? BMT kimi təşkilatın bir qolu olan UNESCO birbaşa missiyasına aid olan məsələlərlə ciddi məşğul olmalıdır. Hesab edirəm ki, ermənilər tərəfindən Qarabağın işğalı dövründə dağıdılan mədəni, dini abidələrimizin vəziyyətini araşdırılmaması, laqeyd qalınması şübhə yaradır”.

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Qeyd edək ki, Qərbi Azərbaycan İcması 27 mart 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. UNESCO isə icmanın müraciətinə nəhayət rəsmi cavab verib. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanıb və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilib. UNESCO-nun İcmaya göndərdiyi bu məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.

İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR