İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC-dən bir İLK

1355 28.07.2023 19:48 Təhsil A A

"Webometrics" reytinqinə görə, UNEC ilk dəfə olaraq ölkə üzrə birinci yerə çıxıb və dünya universitetlərinin ilk 10%-liyində yer alıb.

"Webometrics.info" 2023-cü ilin ikinci yarısı üçün 32 minə yaxın universitetin reytinq cədvəlini açıqlayıb.

Bu portal daha etibarlı və obyektivdir. Çünki süni intellekt proqramıdır, informasiyanı sərbəst toplayır, heç bir xərc tələb etmir. Süni intellektə isə hər hansı bir gücün təsiri mümkün deyil. Rəqəmsal işləyən şəxslər hamısı bunu bilir. İkincisi, bu portal dünya miqyasında fəaliyyət göstərən bütün universitetlərin işini qiymətləndirir – 32 minə yaxın universitet, amma məsələn, QS yalnız 1500 universitet, THE isə 2000 universiteti təhlil edir.

"Webometrics.info" həm də bütün ölkələr, regionlar, qitələr və s. üzrə də reytinq çıxarır. Azərbaycan üzrə reytinq cədvəlində xeyli dəyişiklik var. Əvvəlki qiymətləndirmədən əsas fərq ondan ibarətdir ki, ilk dəfə olaraq ənənəvi birinci yeri tutan BDU-nu son illərdə daimi dinamikada olan AzDİU (UNEC) tutub.

Cədvəl 1.

CEDVEL SON.png (134 KB)

BDU-ya nisbətən daha yaxşı şərait yaradılmasına baxmayaraq, bu il dünya üzrə 58 universiteti özündən daha irəli buraxaraq 3484-cü yeri tutub (EA-nın reytinqli institutlarının əksəriyyəti bu təhsil ocağına verilon, əslində əksinə, son illər ciddi dinamikada olan UNEC ətrafında toplanmalı idi).

Xatırlatmaq yerinə düşərdi ki, iki il əvvəl BDU 3050-ci yeri tuturdu, QS reytinqinə görə də 10 il əvvəl ilk 600-ün içərisində idi. UNEC isə son illərdə dünya miqyasında 15 min universiteti geridə buraxıb və hazırda da inamla irəliləyir. 2023-cü ilin birinci reytinq cədvəlində 3626-cı yerlə Azərbaycan üzrə ikinci yeri tutmuşdusa, cəmi 6 ay sonra 3196-cı yerlə, ciddi fərqlə, ölkə üzrə birinci yerə sahiblənib, ikinci yer BDU, üçüncü yer isə Xəzər Universitetinə mənsubdur.

Keçən reytinq cədvəlini qiymətləndirərkən riyazi hesablamalar nəticəsində UNEC-in indiki redaksiyada mütləq birinci yerə çıxacağını planlaşdırmışdım. Proqnoz tam özünü doğrultdu. Hazırkı proqnozlar da göstərir ki, bütün cəmiyyət və xüsusilə də hökumət ciddi kömək göstərərsə, bu universiteti bugünkü menecment komandası ilə birinci 5 ildə ilk 500-lüyə, 10 il ərzində isə top yüzlüyə daxil etmək mümkündür.

Təhsil yalnız hökumətin işi deyil, bütün cəmiyyət belə bir nümunəvi universitetin qurulmasında iştirak etməlidir, maddi dəstək verməlidir. Dünyanın bir nömrəli universiteti - Harvardın 53 milyard dollar endovment fondunun 70%-i iş adamları, əhalinin müxtəlif qrupları, universitetin məzunları tərəfindən yaradılıb. UNEC-in bu vəziyyətə çatdırılması üçün isə cəmi 500 milyon dollar tələb olunur (Dünya bankının hesablamalarına görə). Bu, Azərbaycanın valyuta ehtiyatlarının cəmi 0,7%-i qədərdir, amma bu universitetdən ictimai və iqtisadi səmərə 50 qat artıq olacaq.

https://www.webometrics.info/en/Europe/Azerbaijan

saleh.jpeg (110 KB)

Saleh Məmmədov, professor, iqtisad elmləri doktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR