İnsanlara hürriyət, millətlərə istiqlal!

UNDP məsləhətçisi: "Azərbaycan minatəmizləmə sahəsində böyük işlər görür"

424 01.04.2022 14:50 Qarabağ xəbərləri A A

"Azərbaycanda minatəmizləmə sahəsində çox böyük işlər görülür".

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) britaniyalı məsləhətçisi David Hyuitson (David Hewitson) deyib.

Bu gün Bakıda minatəmizləmə mövzusunda keçirilən beynəlxalq konfransının böyük əhəmiyyət daşıdığını və vaxtında keçirildiyini qeyd edən ekspert bildirib: “Dövlət və ANAMA minatəmizləmə sahəsində çox böyük işlər görür. Bu konfrans ekspertləri bir yerə toplayaraq fikir mübadiləsi aparmaq üçün gözəl fürsətdir”.

Xatırladaq ki, bu gün Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans işə başlayıb.

Gündəlikdə duran əsas məsələlər minatəmizləmə üzrə qlobal səylərin aktivləşdirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qurumlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, bu sahədə qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir.

Bütövlükdə tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR