İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya PUA-ların tədarükü ilə bağlı ölkələrin koalisiyası genişlənib

637 11.07.2024 16:54 Dünya A A

İsveç Ukraynanı pilotsuz uçuş aparatları (PUA) ilə təmin etməklə bağlı beynəlxalq koalisiyaya qoşulub.

“Report” xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“İsveç birgə satınalmalar sayəsində Ukrayna Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları ilə dəstəkləyəcək 11 ölkə ilə koalisiyaya qoşulur”, - məlumatda bildirib.

İsveçin müdafiə naziri Pol Yonson bu sazişi iyulun 10-da Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində imzalayıb. Qurumun məlumatına görə, koalisiyaya Avstraliya, Kanada, Danimarka, Estoniya, Almaniya, Latviya, Litva, Hollandiya, Polşa və Böyük Britaniya da daxildir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR