İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Xerson hücumu: Zelenski TƏCİLİ hərbi qərargahı topladı

4342 04.09.2022 22:00 Region A A

Ukrayna prezidenti Vladimir Zelenski bir həftə ərzində Ali Baş Komandanın qərargahının üçüncü iclasını çağırıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında bildirilir.

“Müharibədə istirahət günləri yoxdur. Cəbhədə olanlarla daim əlaqə saxlayırıq. Təfərrüatları açıqlamayacağam, amma Ukrayna bayraqları lazımi yerə geri qayıdır. İşğalçılara bizim torpaqlarımızda yer yoxdur”, - deyə Zelenski bildirib.

İclasda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, müdafiə naziri Aleksey Reznikov və onun müavini Rostislav Zamlinski, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, komandir Sergey Şaptala, Milli Qvardiyanın komandanı Yuri Lebed, daxili işlər naziri Denis Monastırski, infrastruktur naziri Roman Maşovets iştirak ediblər.

Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski, “Cənub” Əməliyyat komandanlığının komandanı Andrey Kovalçuk və “Qərb” Əməliyyat komandanlığının komandanı Sergey Litvinov iclasa videobağlantı vasitəsilə qatılıblar.

Baş komandan və əməliyyat komandirləri, kəşfiyyat rəhbəri cəbhə xəttindəki vəziyyət barədə məruzə ediblər.

Xatırladaq ki, Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun mövqelərinə effektiv zərbələr endirib. Ukrayna ordusunun Oleşek, Antonovka, Reçport bölgələrində uğur qazandığı qeyd olunur.

Son məlumatlara əsasən, Ukrayna qoşunları Xerson vilayətində Vısokopolye qəsəbəsini azad edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR