İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın bir neçə yaşayış məntəqəsində əhali TƏXLİYƏ OLUNUR

618 01.06.2024 07:54 Dünya A A

Ukraynanın Xarkov vilayətinin Zoloçiv istiqamətində bir neçə yaşayış məntəqəsinin sakinləri təxliyə olunmaq məcburiyyətində qala bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zoloçiv hərbi administrasiyasının rəhbəri Viktor Kovalenko məlumat verib.

Kovalenko bildirib ki, vətəndaşlar Aleksandrovka, Vozrojdevsk və Timofeevkanı tərk etməlidirlər. Evlərində qalmaq istəyən uşaqlı ailələri isə evakuasiya etmək məcburiyyətində qala bilərlər.

Zoloçiv administrasiyasının rəhbəri təxliyə edilən hər bir şəxsə maddi yardım göstəriləcəyini vəd edib.

Qeyd olunub ki, yaşadıqları ərazinin rəhbərləri əhaliyə toplaşma yerləri barədə məlumat verməlidir.

Təxliyə edilənlər qohumlarına göndəriləcək. Getməyə başqa yeri olmayanlar isə Ukraynanın digər bölgələrində yerləşdiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR