İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da..." - Xidmət rəisi

956 10.05.2022 13:10 Gündəm A A

"Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra da ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək".

Musavat.com bildirir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında  bildirib. Qurum rəhbəri ukraynalı miqrantların ölkədə qalma müddəti ilə bağlı qeyd edib:

"Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların ölkədə qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək".

Vüsal Hüseynov hazırda ölkədə olan ukraynalı miqrantların sayını da açıqlayıb: "Hazırda ölkədə Ukraynadan olan 8200-dən artıq şəxs yaşayır".

Xidmət rəisi ölkəyə gələn qanunsuz miqrantlardan da söz açıb: “Saxlanılan qanunsuz miqrantların sayı çox məhduddur. Belə ki, ölkədə olan miqrantların sayı 142 mindirsə, qanunsuz miqrantların sayı 3-4 min arasında dəyişir. DMX tərədindən saxlanma mərkəzlərində çox məhdud sayda və son zərurət tədbirləri kimi şəxslər yerləşdirilir. Hazırda DMX tərəfindən saxlanma mərkəzlərində olan şəxslərin sayı 10-dan azdır.

Qanunsuz miqrantlar adətən qonşu dövlətlərdə yaşayan və Cənub Şərqi Asiya ölkəsindən ölkəmizə səfər edən şəxslərdir.

Bundan başqa, hazırda Ukrayna vətəndaşları arasında qanunsuz miqrasiya sayında müəyyən qədər artım var. Onların sayı ilə bağlı dəqiq heç nə deyə bilməsəm də, qeyd edim ki, bu şəxslər hazırd qanunsiz miqrant sayılmır. Çünki onlar mövcud vəziyyətlə bağlı öz ölkələrinə qayıda bilmirlərsə, onlara fərqli yanaşmaq lazımdır".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR