İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada vurulan İran dronlarında tapılanlar hər kəsi şoka saldı

2704 27.09.2023 15:55 Son xəbər A A

Rusiya qoşunlarının Ukraynada istifadə etdiyi İranın “Şahid” pilotsuz təyyarələrində Avropa şirkətlərinin istehsal etdiyi tərkib hissələri tapılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

“The Guardian” Ukraynanın hələ bu ilin avqustunda G7 ölkələrinə kəşfiyyat məlumatı ötürdüyünü bildirib. Sənəddə ukraynalı mütəxəssislərin “Shahed-131” PUA-da Qərb istehsalı olan 52 komponenti, “Shahed -136”da isə 57 komponenti aşkar etdiyi göstərilib.

“Şahid”lərə dəstək verən firmalar içində İsveçrənin “STMicroelectronics” və “U-blox”, Hollandiyanın “NXP Semiconductor”, habelə Almaniyanın “Ti Automotive Gmbh” və “International Rectifier” şirkətləri önə çıxır.

İranın bu tərkib hissələrini necə əldə etdiyi hələ məlum deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR