İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada ölən rus generallarının SİYAHISI

1365 29.11.2023 17:02 Dünya A A

Rusiya ilə Ukrayna arasında hələ də davam edən müharibədə həlak olan yüksək rütbəli rus zabitlərin siyahısı açıqlansa da, mənbələr bu siyahının tam olmadığını qeyd edirlər.

Musavat.com axar.az-a istinadən Ukrayna cəbhəsində həlak olan Rusiya ordusunun yüksək rütbəli zabitlərinin bir qisminin siyahısını təqdim edir.

1. 150-ci Motoatıcı Diviziyanın komandiri general-mayor Oleq Mityayev - 2022-ci ilin 15 martında həlak olub.

2. Xüsusi təyinatlı qoşunların komandiri general-mayor Maqomed Tuşayev - 26 fevral 2022-ci ildə həlak olub.

3. 41-ci Ordunun Baş Qərargah rəisi general-mayor Vitali Gerasimov - 2022-ci ilin 7 martında həlak olub.

4. Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı general-mayor Andrey Kolesnikov - 11 mart 2022-ci ildə həlak olub.

5. 41-ci Ordu komandanının müvini general-mayor Andrey Suxovetski - 2022-ci ilin 3 martında həlak olub.

6. 8-ci Ordunun komandir müavini general-mayor Vladimir Frolov - 2022-ci ildə həlak olub.

7. General-mayor Vladimir Zavadski - 2023-cü ilin 28 noyabrında minaya düşərək həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR