İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada növbəti rus generalı öldürüldü

1228 30.11.2023 18:06 Dünya A A

Ukrayanda növbəti rus generalı həlak olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun bölmələri Xerson vilayətində döyüşüb.

Bu, Rusiya Müdafiə Nazirliyinin yeddinci general itkisidir.

General-mayor Vladimir Zavadskinin ölümü barədə noyabrın 28-də hərbi telelgram kanalları tərəfindən məlumat yayılıb. Bu informasiyanı sonrada ordudakı mənbələrinə istinadən CiT-nin hərbi eksperti Ruslan Leviyev də təsdiqləyib. Gələn xəbərlərə əsasən, Zavadski 14-cü Ordu Korpusuna komandanlıq edib və mina partlaması nəticəsində ölüb.

Ukraynalı hərbi müşahidəçi Konstantin Maşovets 14-cü Ordu Korpusunun bölmələrinin hazırda Dnepr çayının sol sahilində döyüşdüyünü yazıb. Ukrayna Silahlı Qüvvələri bu sahədə uğur qazanıb: onlar bir neçə plasdarm yaratmaöa nail olular. Burada Ukrayna ordusu artilleriya və kamikadze pilotsuz təyyarələrin köməyindən fəal şəkildə istifadə edir

Generalın rəsmi tərcümeyi-halı kifayət qədər bəsitdir: Onun 2018-ci ildən 2021-ci ilə qədər Moskva vilayətindəki Kantemirovsk Mühafizə Diviziyasına komandirlik etdiyi məlum olub.

Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinin sonuncu ölümü 2023-cü ilin iyul ayına təsadüf edir - o zaman general-leytenant Oleq Tsokov Berdyanskda komanda məntəqəsinə hücum nəticəsində həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR