İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada azərbaycanlı kişi ailəsi ilə birlikdə itkin düşüb - VİDEO

580 19.07.2023 19:02 Hadisə A A

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə ölkə boyu bütün vilayətlərdə hava həyəcan siqnalı verilib.

Qeyd edilib ki, şimaldan Jitomir vilayəti, cənubdan isə Odessa, Nikolayev, Xerson, Xarkov və Donetsk vilayətləri Rusiya ordusu tərəfindən fasiləsiz dron və raket hücumlarına məruz qalıb:

“Hücumlar Odessa, Nikolayev, Xerson və Xarkovda ciddi dağıntılara səbəb olub”.

Xarkovda gedən döyüşlər barədə məlumat verən jurnalist onu da bildirib ki, Kupyanskda yaşayan azərbaycanlı Aydın Novruzov 2 uşağı və həyat yoldaşı ilə birlikdə itkin düşüb, bir həftədir ki, onlardan xəbər yoxdur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR