İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada 200 min kvadrat kilometr ərazisi minalanıb

355 29.11.2023 17:14 Dünya A A

“Azərbaycanla Ukrayna arasında minatəmizlə ilə bağlı layihə həyata keçirilir. Bu, Ukrayna üçün çox vacibdir, çünki hazırda ölkəmizin 200 min kvadrat kilometr ərazisi minalanıb”.

Musavat.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk deyib.

O vurğulayıb ki, Ukrayna üçün bu istiqamətdə istənilən əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir.

O.Kondratyuk ölkəsindən olan uşaqların reabilitasiyası ilə bağlı Azərbaycanla birgə həyata keçirilən layihədən də danışıb. Vitse-spiker bildirib ki, Kiyevin Bakı ilə yaxşı layihələri var:

“Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür etmək istərdim. Bizim, Bakı ilə bu istiqamətdə çox yaxşı layihələrimiz var”.

O.Kondratyuk qeyd edib ki, layihələr ətrafında Azərbaycanın Ukraynadakı səfirliyi ilə müzakirələr aparılır.

“Ukraynalı uşaqların reabilitasiyası ilə bağlı layihəni davam etdirəcəyik. İndiyədək ukraynalı hərbçilərin övladlarından ibarət iki qrupu Azərbaycana göndərmişik. Onların bəziləri kimsəsiz uşaqlardır”, - vitse spiker deyib.

Qarşıdan qış mövsümünün gəlməsi fonunda, Rusiya infrastruktur obyektlərinə zərbələr endirə bilər. Odur ki, bizim üçün Azərbaycanın göstərdiyi istənilən humanitar yardım çox vacibdir”, - o əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR