İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna tezliklə Murmanskı vurmaq imkanında olacaq - BILD

810 05.04.2024 23:16 Dünya A A

Ukrayna tezliklə uzaq mənzilli dronlarla Rusiyanın Ural və Arktika bölgələrinə hücum edə biləcək.

Musavat.com xəbər verir ki, bnu barədə BILD adı açıqlanmayan mənbəyə istinadən yazıb. Qeyd olunur ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Tatarıstandakı hədəflərə pilotsuz uçuş aparatları ilə hücum edib. Onlar cəbhə xəttindən 1300 km aralıda idilər. Zərbələrdən birində Ukraynaya məxsus UJ-22 pilotsuz təyyarəsindən istifadə edilib. Əvvəllər onun uçuş məsafəsinin 800 km olduğu deyilirdi: "Aydındır ki, əlavə yanacaq çənləri olan yeni modifikasiya daha da irəliləyir. İkinci hücum üçün Ukraynanın "Aeroprakt A-22 Flying Fox" ultra yüngül təyyarəsi əsasında yaradılmış pilotsuz uçan aparatdan istifadə edilib".

BILD-in məlumatına görə, artıq bu il Ukrayna 2000 km-ə qədər və daha çox uçuş məsafəsi olan dronlardan istifadə edə biləcək. Onlar orta və uzaq mənzilli raketlərin çatışmazlığını dolduracaqlar.

BILD-in mənbəsi "raketlər keçmişdə qaldı. Pilotsuz təyyarələr gələcəkdir" deyib. Onun sözlərinə görə, ilin sonuna kimi 10 istehsalçı Ukraynanı 2500 km-ə qədər uçuş məsafəsi olan dronlarla təmin edəcək. Kiyevin “Luch” konstruktor bürosu isə 3300 km-ə qədər uça bilən “Sokol-3000” dronunu hazırlayıb. BILD-in hesablamalarına görə, yeni Ukrayna silahı, məsələn, Murmansk vilayətindəki hədəflərə hücum edə biləcək. Orada 80-ə yaxın hərbi baza var. Onların arasında strateji bombardmançıların yerləşdiyi və Ukraynanı bombaladığı Olenya aerodromunu da qeyd etmək olar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR