İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna səmasında bir gecədə 52 İran PUA-sı vurulub

418 28.05.2023 22:23 Son xəbər A A

Ukrayna hərbçiləri ötən gecə kütləvi dron hücumu zamanı ölkənin hava məkanında 52 “Şahed” PUA-sını vurub.

Ümumilikdə Rusiya ordusu 54 zərbə PUA-sını işə salıb.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimal istiqamətindən – Bryansk vilayətindən (RF) və cənub istiqamətindən – Krasnodar diyarından (RF) İrana məxsus “Şahed-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib. Ümumilikdə rekord sayda (54) kamikadze dronun buraxılışı qeydə alınıb. Mərkəz Hava Komandanlığının cavabdehlik zonasında PUA-ların əksəriyyəti məhv edilib”, - məlumatda bildirilib.

HHQ-dən əlavə ediblər ki, PUA-lar ölkənin mərkəzi rayonlarında, xüsusən də Kiyev vilayətində Ukraynanın hərbi və mühüm infrastruktur obyektlərini hədəf alıb. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR