İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanı DRONLARLA VURUR, Moskva aerodronları MƏHV EDİR – müharibə ŞİDDƏTLƏNDİ – CANLI

1686 13.07.2024 11:38 Dünya A A

Rusiya F-16 qırıcılarının ilk partiyası ölkəyə gəlməmişdən öncə Ukrayna aerodromlarına hücum edir və bu, Ukraynanın qırıcılarla nəyə nail ola biləcəyindən narahat olmasından qaynaqlanır.

Bu barədə hava döyüşləri üzrə ekspertlər "Business İnsayder"ə bildiriblər.

Rusiya və Ukrayna üzrə ekspert Maykl Klark deyib ki, Rusiya F-16 təyyarələrindən öz imkanlarına görə çox narahatdır, buna heç bir şübhə yoxdur.

O, həmçinin xəbərdarlıq edib ki, rus qoşunları aşkar edə bildikləri hər F-16 bazasına hücum edəcək.

Kolumbiya Universitetinin Saltzman Müharibə və Sülh Araşdırmaları İnstitutunun baş elmi işçisi Rajan Menon bildirib ki, Rusiya Qərbdən gələn qabaqcıl silahlara diqqət yetirir:

"Onlar əmindirlər ki, Ukraynanın Qərb silahları nə qədər çox olsa, ordusu da bir o qədər güclü olacaq".

Britaniya Kral Aviasiya Cəmiyyətinin hərbi aviasiya üzrə eksperti Tim Robinson isə vurğulayıb ki, Rusiya ordusu yəqin ki, F-16-ların "tarazlığı bir az pozacağına" inanır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.40-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR