İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna “Lukoil”in neft bazasını VURDU

730 19.05.2026 15:48 Dünya A A

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Kstovoda (Rusiya Federasiyasının Nijeqorod vilayəti) Lukoil-Nijeqorodnefteorqsintez neft emalı zavoduna hücum edib.

Musavat.com xəbər verir ki, müəssisənin ərazisində yanğın qeydə alınıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.

"Lukoil-Nijeqorodnefteorqsintez" neft emalı zavodu Rusiya Federasiyasının ən böyük neft emalı müəssisələrindən biridir.

Məlumata görə, Rusiya Federasiyasının Yaroslavl vilayətinin Semibratovo qəsəbəsi ərazisindəki "Yaroslavl-3" neft nasos stansiyası da zərər görüb. Zərərin miqdarı dəqiqləşdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR