İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uçacaqsın, havalara uçacaqsın...” - Paşinyan üçün yeni “trend”

5747 21.08.2023 12:30 Yazarlar A A

Ermənistan hakimiyyətinin tələm-tələsik Azərbaycanla şərti sərhəddə “Sünik aeroportu” açılışını etməsinin səbəbləri var. Əvvəla, açılışın BMT-dəki mümkün uğursuzluğu ört-basdır etmək üçün əvvəldən hazırlanmış planı olduğu şübhə doğurmur. Paşinyan özünü hərdən çox axmaq kimi aparır, amma baş nazir BMT-dəki müzakirələrin ermənilərin növbəti fiaskosu olacağını proqnozlaşdıra bilməyəcək qədər sayıqlığını itirməyib.

İkincisi, Paşinyan bu “aeroport oyunun” Azərbaycanı narazılığı salacağını bilirdi və Bakının etiraz etdiyi nə varsa, demək ermənilərin xeyirinədir.

Üçüncüsü, Ermənistan hakimiyyətinin bu “uçacağam” hoqqası həm də Rusiyanın əlinə oynamaq deməkdir. Moskvanı razı salacaq addımlar isə indilikdə Paşinyan hakimiyyətinə çox lazımdır.

Bəs Rusiya niyə sərhəddəki gərginliyin artmasını istəyir?

 11s111.jpg (87 KB)

Birinci səbəb odur ki, Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında neçə aydır davam edən gərginlik sərhədə “transfer”ola bilər. Bu da Bakının ciddi qınaqları ilə üzləşən sülhməramlıların işinə yarıya bilər, diqqətlər daha çox sərhədə yönələr. Sərhəddə gərginlikdə isə Rusiyanın maraqlarının daha bir səbəbi Avropa Birliyinin müşahidə missiyası ilə bağlıdır. Moskva istəyir ki, bu gərginlik Avropa Birliyinin müşahidəçilərinin mavi kürklərinə birə salsın, Bakı ilə İrəvanın təzyiqləri arasında qalsınlar, bəlkə də bölgəyə gəldiklərinə peşman olsunlar...

İndi həm sərhəddə, həm Xankəndi və ətrafında əsl “əsəb müharibəsi” gedir. Bundan kənarda da bəzi proseslər var. ABŞ-ın ermənipərəst senatorları fəallaşıblar, hansısa seksual manyak sabiq hakim Azərbaycan haqda hədyanlar danışır, Hindistan Ermənistana silahlar verir və sairə. Məncə, biz bir çox bu tip məsələlərə qədərindən artıq reaksiya veririk deyə, Ermənistan da hər dəfə Bakını qıcıqlandıracaq nələrsə tapır. Hindistan Ermənistana silah satır, cəhənnəmə ki...Biz də silah alırıq, həm də Ermənistanın dəmir-dümürlərindən deyil, daha yaxşısını, daha modernini. Demirəm ki, indi Naxçıvan sərhəddində zəhərli zavod və ya Qafandakı “aeroporta” reaksiyasız qalmalıyıq. Diplomatik həmlələrimizi davam etdirməliyik. Daha bizim yerli ekspertləri telekanallara çıxarıb saatlarla yormağa ehtiyac yoxdur. İmkan varsa, bu mövqeləri xarici telekanallara, nüfuzlu mediaya daşımaq lazımdır, özümüz deyib-özümüz eşitmək mənə artıq iş kimi gəlir. Bizim əsas işimiz Qarabağdadır, erməni tör-töküntüləri ilə. Onları loyallaşdırmayanadək, Paşinyan da, onun qoltuq nazirləri də susmayacaqlar. “Aeroportun” işə düşməsini əngəlləyəsən, yenə nəsə fikirləşəcəklər...

paspas.jpg (479 KB)

Ermənilərin yeni “infrastruktur layihəsi” kimi təqdim etdikləri “Sünik aeroportu” Paşinyan ailəsinin biznes layihəsidir. Deyilənlərə görə, “NovAir” Paşinyanın arvadına məxsusdur. Paşinyan yeni gələndə özündən əvvəlkilərə elə Azərbaycan dilində “görməmiş” dediyini daha yaddan çıxarıb. Özü Köçəryan-Sərkisyan cütlüyündən daha acgöz oldu.

O da məlum olur ki, Qafandakı “aeroport” Beynəlxalq Mülki Aviasiya Təşkilatında (International Civil Aviation Organization, İCAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (International Air Transport Association, İATA) müvafiq qeydiyyatdan keçməyib. Türklər demişkən, korsan, yəni oğurluq, qeyri-qanuni aeroportdur. Məhz o səbəbdən Paşinyan, Baş Nazir aparatının rəhbəri Araik Arutyunyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın uçduğu mini-təyyarənin İrəvan-Zəngilan marşrutu ilə uçuşu kimi qeydə alınıb. Belə ki, "Flightradar24” təyyarələri izləmə proqramında qeyd edilib ki, Ermənistan rəhbərliyi Zəngilana “uçub”. Çünki Qafandan fərqli olaraq, Zəngilan aerportu beynəlxalq və qanuni statusa malikdir.

bheytgd43sayl21nfy51rl6k7rgtzjop.jpeg (152 KB)

Qafan Azərbaycanla şərti dövlət sərhədində yerləşir. Azərbaycan Ordusunun mövqeləri Qafandakı “aeroportdan” cəmi 60 metr aralıdadır və yaxınlıqdakı yüksəklikdə bayrağımız dalğalanır. Yəni məsafə o qədər qısadır ki, Azərbaycan sərhədçiləri burada nə baş verdiyini rahatlıqla izləyə bilərlər.

Bizim yerli ekspertlərin rəyini oxudum, deyirlər ki, beynəlxalq hüququn tələblərinə görə Azərbaycanla mütləq şəkildə müzakirə aparılmalı idi. Yenə də beynəlxalq hüququn tələblərinə görə Azərbaycanın razılığı olmadan Qafan “aeroport”unun fəaliyyəti intensivləşdirə bilməz, çünki eniş və uçuş zamanı təyyarələrin ölkəmizin hava sərhədlərinə tam yaxın, hüdudlarımız boyunca hərəkəti qaçılmazdır.

Ermənistan Mülki Aviasiya Komitəsi iddia edir ki, guya İrəvan sınaq aviareysi ilə bağlı Azərbaycana əvvəlcədən məlumat verib, təyyarə eniş və uçuş zamanı Azərbaycanın hava sərhədlərini pozmayıb.

f64df649f67d1a_64df649f67d5a.thumb_.jpg (77 KB)

Ermənistan müntəzəm uçuş həyata keçirmək istəyirsə, bunları müşahidə etmək isə bizim üçün çox rahatdırsa, baxaq görək nə etmək istəyirlər. Yəqin uzqgedən planlarda o da var ki, sərhəddə mümkün gərginlik olarsa, bəlkə də “aeroport”la hərbçiləri də daşıya bilsinlər. Belə planları varsa, bu da çox axmaq ideyadır, niyəsini demirəm, amma buna cəhd edərlərsə, çox, çox peşman ola bilərlər.

...Paşinyan gorünür, indi də uçmağa çox həvəslənib. Məşhur bir türk musiqisində deyildiyi kimi: “Uçacaqsın, uçacaqsın, havalara uçacaqsın...”

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR