İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç fəal Lavrovun BMT TŞ-dəki çıxışı zamanı şuluq salıb

509 18.07.2024 13:50 Dünya A A

BMT Təhlükəsizlik Şurasının iclasına soxulan fəallar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yaxın Şərq mövzusunda çıxışını pozmağa cəhd ediblər.

Musavat.com xəbər verir ki, videoya çəkilən hadisənin görüntülərini TASS yayıb. Səsyazmada stullarından qalxan, əllərində yazılı lövhə tutan iki qadın görünür. Onların İsrail nümayəndə heyətinin qonağı olduqları və İsrailin BMT-dəki daimi nümayəndəsinin çıxışından sonra ayağa qalxdıqları iddia edilir. Qadınlar, ehtimal ki, HƏMAS-ın əlində qalan girovlar haqqında nəsə qışqırıblar.

Bildirilir ki, iclasda iştirak edənlər fəalların nə istədiyini başa düşməyiblər. "Başa düşmürəm, mənə daha aydın", - Lavrov baş verənlərə reaksiya verib. O, fəalların dediklərini daha aydın təkrarlamağı xahiş edib, lakin bu zaman fəalların bağırtısı kəsilib. Daha sonra Lavrov Yaxın Şərqin problemlərindən danışmağa davam edib. Təhlükəsizlik əməkdaşları isə qadınları zaldan çıxarıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR