İnsanlara hürriyət, millətlərə istiqlal!

Tusk yenidən Polşanın baş naziri oldu

579 11.12.2023 23:14 Dünya A A

Polşa Seymində “Vətəndaş platforması” partiyasının lideri və birləşmiş müxalifətdən namizəd Donald Tuskun ölkənin baş naziri postuna namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunub.

“Qazeta Wyborcza” saytının yazdığına görə, Seymdə 248 deputat bnu qərarın “lehinə”, 201 deputat “əleyhinə” səs verib.

Tusk parlamentin tribunasından “Bu, mənim üçün deyil, sizin sayənizdə hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inananlar üçün həqiqətən böyük bir gündür” deyib.

Qeyd edək ki, bundan əvvəl Polşa Seymi “Hüquq və Ədalət” partiyasından olan mühafizəkarlar hökumətinin əleyhinə səs verib. Deputatlardan 190 nəfəri Mateuş Moravetski hökumətinə etimad səsverməsinin lehinə, 266 nəfəri isə əleyhinə səs verib, bitərəf qalan olmayıb.

"Polşa böyük mənəvi gücdür. Biz onu seçmirik. O bizi seçir. Hökumətimə dəstək olan hər kəsə təşəkkür edirəm. Polşanın baş naziri olmaq şərəfinə görə təşəkkür edirəm", - Moravetski səsvermədən sonra yazıb.

Qeyd edək ki, Moravetski hökuməti Ukrayna ilə münasibətləri son həddə qədər gərginləşdirməsi ilə yadda qalıb. Tusk isə münasibətləri yenidən əvvəlki səviyyəsinə qaldırmağı, Ukraynanın Rusiya işğalına qarşı mübarizəsində onun yanında olmağı vəd edib.

Xatırladaq ki, D.Tusk 2007-2014-cü illərdə də Polşanın baş naziri olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR