İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan ilk yarımildə hasil etdiyi qaz həcmini açıqladı

483 13.07.2024 15:08 Dünya A A

2024-cü ilin birinci yarısında Türkmənistanda təbii qaz hasilatının həcmi 40,2 milyard kubmetr təşkil edib.

Musavat.com “Neytral Türkmənistan” qəzetinə istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin geniş iclasında Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuhammedov deyib.

Onun sözlərinə görə, bu dövrdə neft hasilatı 4,16 milyon ton təşkil edib.

Amanmuhammedov qeyd edib ki, birinci yarımildə neft bitumunun istehsalı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, mazut istehsalı isə 31,7 faiz artıb.

Qeyd edək ki, 2023-cü ilin sonunda Türkmənistanda təbii qaz hasilatının həcmi 80,6 milyard kubmetr təşkil edib. 2022-ci ildə isə bu göstərici 80 milyard kubmetrə bərabər olub.

Türkmənistan Asiya neft və qaz bazarında ən böyük oyunçudur. Ölkənin karbohidrogen ehtiyatları 71 milyard tondan çox neft ekvivalentində qiymətləndirilir ki, bu da 20 milyard tondan çox neft və 50 trilyon kubmetrdən çox təbii qaz deməkdir.

Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR